VAĞZALI
ONLAYN MÜĞƏNNİ, MUSİQİ VƏ ŞOU SİFARİŞİ

TOY, NİŞAN VƏ AD GÜNLƏRİNƏ MÜĞƏNNİ, APARICI, ŞOU SİFARİŞİ
HƏR NÖV TƏDBİRLƏRƏ “ULDUZ VƏ ŞOU” SİFARİŞİ
AZƏRBAYCANIN ƏN MƏŞHUR MÜĞƏNNİLƏRİ, .TAMADALARI, MUSİQİ, DJ VƏ RƏQS QRUPLARI BURADA.













AD GÜNÜ BƏZƏKLƏRİ
TOY, NİŞAN MUSİQİSİ, ŞOU, GEYİMLƏR, ÜZÜKLƏR
BANKET, EV TƏDBİRLƏRİ BƏZƏK VƏ MUSİQİ, UŞAQLAR ÜÇÜN ŞOU, KLOUN, SEHRBAZLAR
SİRAFİŞ NECƏ EDİLİR
1
MÜZAKİRƏ, PLAN
Bizə tədbiriniz haqda danışın. Toyunuz olacaq, yoxsa ad gününüzü qeyd edirsiniz. Telefon, Whatsapp və ya Sosial Şəbəkə vasitəsi ilə danışırıq.
2
MÜĞƏNNİ SEÇİMİ
Sizin tədbiri müzakirə etdikdən sonra, biz sizə öz təkliflərimizi deyirik, siz isə öz istəklərinizi bildirirsiniz. Sizin tədbirinizin günü və saatına uyğun Müğənnilər haqda sizə məlumat veririk.
3
BAZARLAŞMA, BEH
Ən ucuz qiymətə sizə sevdiyiniz ulduzları təşkil edirik. Danışıqları birbaşa müğənnilərin özü ilə etdiyimiz üçün bizim qiymətlər cibinizə uyğu olacaq. Razılaşdıqdan sonra Müğənnini Sirafiş etmiş olursunuz.
Qızıl Alarkən Nəyə Fikir Verməliyik
Qızılı alarkən nələrə diqqət yetirməliyik? Qızıl hər il "ən çox alınanlar" listində ilk sırada gəlir. Bəs bu alış-veriş hər zaman düzgün edilir mi? Təəssüf ki, xeyr. Alıcılar qızıl aldıqları zaman çox vaxt malın üzərindəki sertifikata və onun əyarına baxırlar....
Yuxuda Toy Gormek
Toya və Nişana İşarə Edən Yuxu Yozmaları Hər birimiz gecə yatarkən başqa bir dünyaya düşürük. Bəzən bu dünyada sonuna qədər qalmaq istəyirik bəzən də tez ayrılmaq istəyirik. Bəli, bugün yuxular və onların nə mənaya gəldiyindən danışırıq! Elə isə buyurun başlayaq...
Xina Bezekleri, Paltarlari, Merasimleri
Xina bezekleriBizə Zəng edin Suallarınızı cavablandıraq +9940502649420Hamımız bilirik ki, Toy və Nişan, əyləncə, xina bezekleri, şənlik deyiləndə ağıla gələn ilk xalqlardan biri bizik - yəni Azərbaycan xalqı. Bütün bu gözəlliklər bizim tariximizin bugünümüzə ötürdüyü...
Toy Ucun Sac Duzumleri
TOY UCUN SAC DUZUMLERİ Toyda diqqət mərkəzində olmaq sözsüz ki, hər bir xanımın arzusudur. Xüsusən də toyun gəlini siz olduqda işlər daha da ciddiləşməyə başlayır. İlk iş internetdə " toy ucun sac duzumleri, saç kesimleri, saç düzümləri, saç hörükləri " və.s bu tipli...
Toy Nişan Ad Günü Bəzədilməsi və Dizayn Aksesuarları Sifarişi
Bizim Xidmətlərimiz Nişan Toy Aksesuarlari Toyların Bəzədilməsi və toy Aksesuarları Nişan üçün evlərin bəzədilməsi, süfrənin bəzədilməsi Açıq havada masaların sifarişi, açıq hava toyları hazırlanması. Ad Günü Bəzəkləri Uşaq ad günləri aksesuarları Şarlar, bəzək...
Toy Paltarlari – Toy Donlari
Toy Paltarları - Sizə uyğun Toy Paltarını Seçməyin 5 üsulu. Toy hazırlığı nədən başlayır? Bu suala hər kəs fərqli cavab verə bilər. Amma Azərbaycan Toylarının ən mühüm simvollarından biri Toy Paltarlari - Bəyaz Gəlin Geyimidir. Və hər bir Gələcək gəlinin ən böyük...
Toy üçün hazırlıq xidmətlərimiz
Yeməklərin Bəzədilməsi və Çatdırılma
Toyunuzu harada və na zaman etdiyinizdən asıllı olmayaraq biz sizin Şadlıq Sarayı və Ya açıq havada keçən toyunuza bütün yeməklərin çatdırılmasını və bəzədilməsini öz üzərimizə götürürük.
Toy Bəzəkləri, Dekorasiya
Gəlin Paltarı, Nişan Üzükləri, Səhnə və toy Maşını Bəzədilməsi, Toy Fotoqrafı, Video və Dəvətnamələrin hazırlanması. Bu işi bizə buraxın.
Toy Musiqisi, Müğənniləri, Şou
Toyunuzun bütün əyləncəsini hazırlayırıq. Aparıcı, Tamada, Musiqi, Müğənni, Rəqs qrupu və maraqlı əyləncəli şou proqram. Muöam və Meyxana hamısını bir yerdən sifariş edin.





Yüzlərlə Bəy Gəlin bizdən razı Qalıb
Toy Hazırlığı, Şadlıq Sarayı, Toy Müğənniləri
Hər insanın həyatındakı ən vacib hadisələrdən biridir toy. Hər ata-ananın ən böyük arzusu, hər nənə-babanın həsrətlə gözlədiyi, qohum-əqrəbanın həvəslə hazırlaşdığı təntənəli mərasimdir toy. Toy iki sevən gəncin taleyinin birləşməsidir. Toy yeni bir bir ailənin ilk təməl daşıdır. Toy iki ayrı-ayrı nəsli ən yaxın qohuma, ən doğma adama çevirən tədbirdir. Toy – əsrlərdən gələn adət-ənənəmizin bugünkü ifadəsidir. Toy – xeyir-duadır. Toy – arzu-diləkdir. Toy – xoşbəxtlik rəmzidir.
Elə buna görə hamı istəyir ki, övladının xeyir işi yüksək səviyyədə keçsin. Amma hər iş kimi bu işi də professionallarla, işi bacaran adamlarla görsəz, inanın ki, yanılmazsınız.
Toy olsun, bayram olsun!
Toy gecəsi yüksək səviyyədə keçməsini istəyirsinizsa, bir neçə əsas şərti nəzərə almalısınız. Toyun məkanı, masalardakı təamlar və musiqi. Bu şərtlərin hər biri ürəyinizcə olsa, hesab eləyin ki, toyunuzun uğuruna tam təminat yaranacaq.
Bəli, dedik ki, şərtlərin üçü də yerinə yetsə – gözəl nəticə əldə edəcəksiniz. Amma bu şərtlərdən də biri ən vacib şərtdir, o qədər vacib ki, məclisin olmazsa olmazıdır bu. Düz tapdınız, söhbət toyun musiqi tərtibatından gedir. Niyə toyun ən vacib tərəfi musiqidir? Gəlin araşdıraq. Ola bilər ki, toyu ən gözəl sarayda eləyəsiz, ola bilər salonu ən müasir dizaynerlər bəzəsin, masaya min bir nemət düzəsiniz. Lap əla. Amma toyun musiqisi qonaqlarınızın ürəyincə olmasa – o toyda şadyanalıq olmayacaq, hamı narazı-narazı bir-birinə baxıb başını bulayacaq.
Çıraqları gur yandıraq, bu məclisi şadlandıraq”
Beləliklə, məclisi şadlandırmaq üçün nə lazımdır? Öncə toyun musiqi tərtibatını qonaqların zövqünə uyğun qurmalısınız. Bunun üçün toy tərtibatçısınamütləq toyun kontingenti barədə dəqiq məlumat verməlisiniz. Musiqi ilə məşğul olan şəxs bilməlidir ki, toya dəvətlilər arasında əhalinin hansı təbəqəsi iştirak edəcək. Deyək ki, yüksək təbəqə ya lap ali təbəqə, ziyalılar ya biznes adamları, ultra müasir insanlar ya rayon camaatı, orta təbəqə ya nisbətən imkansız insanlar, rusdillilər ya dindarlar. Seçim əlbəttə ki çox müxtəlifdir. Şanson musiqisi, caz improvizələri, rep deyişməsi, lirik instrumental musiqidən tutmuş Şərur yallısına, ləzginka rəqslərinə, diringi el havalarına qədər – nə qədər müxtəlif insan varsa, o qədər də fərqli zövq var. Bu şərti bölüm sizə qəribə gəlməsin, çünki gerçkdən hər təbəqənin öz musiqisi, öz favoriti, öz dəyərləri var. Bu hələ harasıdır? Toy mugennileri mütləq adamların doğulduğu bölgələrə görə də dəyişir. Toy sahibi, deyək ki, qarabağlıdırsa, toya mütləq bir muğamatçı da dəvət edəcək. Cənub bölgələrindəndirsə, meyxana istəyəcək, Azərbaycanın qərb bölgələrini təmsil edirsə, o toyda aşıq musiqisi səslənəcək. Şəki-Zaqatala zonasının adamı zurna-balabansız toy eləməz. Bu mənada toy məclisi həm də hər ailənin aid olduğu kiçik vətənin, hər kəsin öz doğma el-obasının şənlik məclisidir. Yəni bu barədə məlumat versəz, qarşınıza real bir siyahı ilə çıxaracayıq.
Toy müğənnisi seçərkən – Yazılmamış Qayda
Toy musiqisini təşkil etməyin başqa nüansları da var. Bu şou-biznes adamları arasında müəyyən dəstəbazlıq, yazılmamış qaydalar-filanlar da var. Biz bilirik ki, filan ulduz o biri ulduzla danışmır, dünya dağılsa da ikisi eyni vaxtda bir məclisə gələ bilməz. Yaxud bilirik ki, başqa iki müğənni nəinki dostluq, yoldaşlıq eləyir, hətta işbirlikləri , deyək ki, oxuduqları duetlər də var. Yəni toy ərəfəsində bir də bu işlərlə məşğul olub yarıtmaz iş görməkdənsə, işin bu məsuliyyətini peşəkarların öhdəsinə buraxın. Və əmin olun ki, bu məclis üçün ən vacib təşkilati işləri bizdən yaxşı düzüb qoşub sizə təqdim eləyən olmayacaq.
Bizim şirkət istənilən növ tədbir və mərasimlərin keçirilməsində sizə yardımçı olmağa hazırdır. Bizim yüksək peşəkar komandamız sizin tədbirlərinizin gözəl və maraqlı olması üçün əlindən gələni etməyə hazırdır. Musiqiçi, canlı orkestr, jazz band və digər maraqlandığınız janrlar varsa buyurun bizə zəng edin sizin üçün təşkil edək.
Müğənnilərin sifarişi
Azərbaycanın xalq artistləri, əməkdar artistləri – Aygün kazımova, Faiq ağayev, Zülfiyyə, Miri Yusif, Damla, Röya istənilən adı deyin sizə uyğun zamanı və qiymətlrəi bildirək. Bizim müğənnilər ilə birbaşa əlaqəmiz olduğundan sizə üçüncü – dördüncü yerdən deyil bir başa müənninin özündən və prodüserindən qiyməti və günü təyin edirik. Belə olduqda siz rahat bilirsiniz ki, tədbir günüüzə gecikmə olmayacaq.
Qeyri peşəkarların Müğənni çağırarkən qarşılaşdıqları çətinliklər
Biz 1000-dən çox insan arasında sorğu keçirdik və bu kimi xoşagəlməz əhvalatlarla tanış olduq.
- Biz toyumuza Röyanı çağırmaq istəyirdik – son günə kimi bizi aldatdılar və dedilər ki, Röya Ayxan gələcək. Son gün anladıq ki, həmən adam heç prodüser deyilmiş. Röyanın da heç xəbəri olmayıb bizim toydan.
- Müğənni ilə günü təyin etmişdik, amma sonra bizim tədbirin günü dəyişdi və behimiz batdı. Prodüser nömrəmizi götürmədi.
- Toyumuza N—– Əl—-ini çağırmışdıq. Yarım saat oxudu getdi. Amma 2 saat danışmışdıq.
- Eyni müğənniyə iki ayrı adam dedi ki meneceridir. Biri 4000 azn dedi digəri 3500 azn. Bilmədik hansı doğrudur. Sonra sizin şirkət bizə eyni müğənnini 2000azn-ə danışdı. sən demə özünü menecer yerinə verən fotoqraf imiş.
Toy Hazırlığı
Ailə qurursunuz? Sevdiyiniz adamla bir ömür xoşbəxt yaşamaq istəyrsiniz? Və ömür yoluna bərabər çıxdığınız ən fərəhli gündə dost-tanışlarınızı da, doğmalarınızı da yanınızda görmək istəyirsiniz? Yəni toy eləmək keçir könlünüzdən? Elə isə – hesab eləyin ki, ən düzgün ünvanı tapmısınız. Sizə toyla bağlı bütün zəruri məlumatlar söyləmək və faydalı məsləhətlər vermək – bizim boynumuza..