Yuxuda Toy Gormek
65 / 100

Toya və Nişana İşarə Edən Yuxu Yozmaları

Hər birimiz gecə yatarkən başqa bir dünyaya düşürük. Bəzən bu dünyada sonuna qədər qalmaq istəyirik bəzən də tez ayrılmaq istəyirik. Bəli, bugün yuxular və onların nə mənaya gəldiyindən danışırıq! 

Elə isə buyurun başlayaq maraqlı yuxu yozmalarımıza:

Yuxuda toy gormek 

Yuxuda toy gormek ümumən xoş günlərə işarədir. Əgər yuxunuzda toyda olan yeməklərdən yediyinizi görürsünüzsə bu sizin kədərinizin gedəcəyindən və fərahlayacağınızdan xəbər verir. Yuxuda əgər öz toyunuzu görürsünüzsə bu təəssüf ki, uzaqda yaşayan bir yaxınınızdan pis xəbər alacağınıza işarədir. Əgər siz xəstə olan birinin evində toy olduğunu görürsünüzsə bu həmin xəstənin ölməsinə yozulur. Yuxuda öz toyunuzu görmək də yaxşı bir şey hesab olunmur. Bu gördüyünüz yuxu uzaq bir qohumunuzun bə ya dostunuzun sizə xoşagəlməz, kədərli bir xəbər gətirəcəyi deməkdir. Bəzən isə öz toyunuzu görmək sizə vaxtınızı boş işlər və ya insanlarla doldurduğunuza işarət edəbilər. Buna baxmayaraq isə toyda gördüyünüz yemək-içmək, əyləncə, rəqslər sizin çətinliklərdən qurtulacağınıza və rahatalaşacağınıza yozulur. 

toy ucun

Toyda çalıb oynamaq isə müsibət, qəm, kədər, hüznə işarə edər. Bəzi mənbələrdə isə qeyd olunur ki, İslam dininə zidd oyunlu toy görmək pis yuxudur. Çünki toyda çalıb oynamaq hüznə şərh olunur. Yuxuda bu əyləncələrin olmadığı – çalğısız, əyləncəsiz toy görmək isə xeyir, bərəkət, sevinc kimi yozulur. Yuxuda toy gormek həm də yaxın zamanlarda çətin qərarlar verəcəyiniz anlamına gəlir. Bəzən bu yuxular böyük qərarları əks etdirir və sizin sonrakı həyatınız bu qərardan asılı ola bilər. Əgər toyda fəxri qonaq kimi iştirak etdiyinizi görürsünüzsə bu həmin toy sahibinin sizə işi düşəcəyinə işarə edir. Bu adama isə kömək etməyiniz məsləhət görülür çünki gələcəkdə həmin adama çox vacib işiniz düşə bilər. Yuxuda toy hazırlığı görmək sizin real həyatda yeni bir başlanğıca hazırlamacağınıza işarət edir. Ancaq bu yeni başlanğıc həm pis həm yaxşı ola bilər. Yuxuda toy gormek bəzə yeni səyahətlərə də yozulur. Bu səyahət də həm uzun həm qısa ola bilər. 

Yuxuda sevdiyini gormek

Yuxuda sevdiyini gormek üçün yozumlar ümumiyyətlə müsbətdir. Bu yuxular çox vaxt xeyirli yuxular hesab olunur. Ancaq xeyirli yuxu deyilən yuxuda sevdiyinizi görmək bəzən pis xəbərlərin əlaməti ola bilər. 

Sevdiyinizi yuxuda necə görməyiniz də vacib hesab olunur. 

Yuxuda sevdiyini gormek yuxu sahibinin tək, evli olub ya da olmamasından asılıdır. Sevilən tərəfin qız ya da oğlan olub olmamasından asılı olmayaraq, yuxu görən şəxs subaydırsa bu ailədəki bədbəxtliyə əlamət olunur. Subay şəxsin köhnə sevgilisini yuxusunda görməsi uzun müddəttir ödəmədiyi borcdan əziyyət çəkməsini işarə edir. Keçmiş sevgilinin evli olduğunu görmək isə ailənin dincliyinin pozulduğunu göstərir.

Yuxuda sevdiyini gormek haz-hazırki sevgiliniz tərəfindən narahat ola biləcəyiniz anlamına gələ bilər. Yuxunuzda sevgilinizlə vaxtınızı necə keçirmisinizsə həmin yuxunun yozumu da buna uyğun şərh olunur. Əgər yuxunuzda yaxşı vaxt keçirmisinizsə sevgiliniz sizə xoş davranacaq, əgər mübahisə, küslük varsa bu o deməkdir ki, həmin şəxs sizin arxanızdan danışacaq. 

Yuxuda sevdiyini gormek pozitiv şərh olunur. Bu sevgi həyatınızda sürprizlər və gözəl xatirələrlə qarşılaşacağınızı ifadə edir. Bəzən sevgilisi olmayanlar üçün yeni birlik, amma sevgilisi olanlar üçün isə ayrılıq kimi də şərh olunur. Yuxuda bədbəxt və narahat görünsəniz, ancaq yuxunun özü xoşbəxt və pozitiv olsa bu yuxu sahibinin sevdiyi insana qarşı hisslərinin azalacağına işarət edir.  Əgər yox bunun tamamən əksidirsə – yəni yuxunuz xoşbəxt və dinc olaraq görülürsə, ancaq sevgiliniz bədbəxtdirsə bu zaman qırmızı işıqları yandırıb həyəcan təbili çalın, çünki bu sevgilinizin sizə qarsı olan hislərinin azalmasına və münasibətinizin əvvəlkindən zəif olacağına işarədir. Ehtiyyatlı olun! 

Yuxuda hamile oldugunu gormek

Yuxuda hamile oldugunu gormek subaylar üçün xeyirə yozulur. Hazır olun, çünki eşitmək istədiyiniz şərh gəlir – evlənəcəksiniz! 

Əgər yuxunuzda hamilə olduğunuzu görürsünüzsə və subaysınızsa bu yaxında biri ilə tanış olacağınıza və tezliklə evlənəcəyinizə işarədir. Əgər münasibətiniz varsa gələcəkdə münasibətinizin daha da ciddiləşəcəyinə və tezliklə evlənəcəyinizə işarət edir. Həm də bu yuxu yoldaşınızla uşaq sahibi olmaqla bağlı ciddi söhbətlər olacağına işarədir. Yuxu sahibi evli və ya hamilə olarsa bu yuxu yeni bir körpə xəbəri ola bilər – hazır olun, yuxusuz gecələr gəlir! Xüsusilə də əgər gerçək həyatda uşağınız varsa və ya bir uşaq dünyaya gətirmək istəyirsinizsə bu yuxu sizə işarədir. Bu yuxular real həyatda tez-tez baş verən və körpələrlə əlaqəli birşeyin təmsili ola bilər. Unutmayın ki, şüuraltımız hər zaman saat kimi çalışır. 

Yuxuda hamilə olduğunu görmək  ümumiyyətlə yaxşı yozulan yuxudur. Əgər evli və hamilə olduğunuzu görürsünüzsə bu bir barışın və tarazlığın simvolu ola bilər. Bu yuxuların 95% – i sevgi həyatınızla bağlı olur. Münasibətiniz və ya evliliyiniz hər zamankindən daha yaxşı olacaq. Bu həyat yoldaşınızla daha yaxşı və səmimi münasibət qurmağınızın nəticəsi olacaq. Mükəmməl uyğunluğu tapdıqdan sonra münasibətinizdən zövq alacaqsınız. Ondan sonra gəlsin türk serial və filmlərindəki kimi romantik anlar! 

Hamiləlik testindən sonra hamilə qalmağı görmək də yuxularımızda mümkündür. Bilirsiniz ki, yuxularımızda təxəyyülümüz limit tanımır, adətən yeni dünyaya giririk. Əgər testdən sonra hamilə olduğunuzu görürsünüzsə bu sizin həyatda irəliləmək üçün mübarizə apardığını göstərir. Bir münasibətdə irəliləmək üçün mübarizə aparırsınız və ya işinizdə artımların olmamasından narahatçılıq çəkirsiniz. Yuxuda test nəticəsini görmək isə həyatda sınandığınızı və ya qiymətləndirildiyinizi göstərir. İşdə, dostlarınız arasında və ya münasibətinizdə mühakimə obyekti olduğunuzu görməlisiniz. Bu hamiləlik yuxusu kabusa çevrilirsə o deməkdir ki, sizin yaxınlarınız arxanızdan dedi-qodu edir – loru dildə desək sizi asıb-kəsirlər. 

xina bezekleri

Yuxuda tort gormek 

Yuxuda tort gormek tortun özü kimi şirin və xeyirli işlərə işarədir. Tort görmək mal, sərvət, var-dövlə, qonaq, xeyirli xəbərə yozula bilər. Tort görmək bəzən gözlənilməz səyahətə də işarə edə bilər. Tortla görülən yuxular demək olar ki, pis şəkildə yozulmur. Yuxuda tort yemək yaxın zamanda olacaq xoş xəbərlərin müjdəçisidir. Yuxuda tort yemək bolluğa, bərəkətə işarədir.

Yuxuda tort bişirmək sizin üçün bir siqnal ola bilər. Yuxu sahibinin özünə yol cızmalı olduğuna və gələcək həyatını ciddi şəkildə planlamalı olduğuna işarədir. Yuxuda tort kəsib paylamaq ətrafda yaxın olan insanlara kömək etmək, onlara öz malından yardım etmək mənasına gəlir. Unutmayın, əl tutmaq Əlidən qalıb. Elə yaşayaq ki, əl tutmaq Əlidə qalmasın.

Yuxuda tort gormek həm də çətinliklə əldə edilən mala və pula işarədir. Əlində tort olduğu halda onu yemədiyini görən adam, zəhmətlə qazandığı pulun əlindən çıxmaması üçün çalışdığını ifadə edir. Yuxuda tort gormek həm də müjdəli, xoş xəbər almağa işarədir. Yuxuda tort gormek həmçinin səyə və çətinliyə də yozula bilər. Yuxudakı tortu yemədiyini görmək mal varlığını bölə bilməmək mənasına da gəlir. Tort yeyə bilməyənlər üçün bu tipli qidaları görmək yuxu sahibinə kədəri işarə edir. Gözəl bir tort görmək isə yuxu sahibinin əvvəlki yaxşı vəziyyətinə qayıtmasına işarə edir. 

Nə deyək? Ağzınız ən az tort qədər şirin olsun!

Yuxuda ayaqqabı gormek 

Yuxuda ayaqqabi gormek ilə bağlı bir çox maraqlı şərhlər var. Onlardan birincisi ayaqqabının mesajlaşma olmasıdır. Başqa bir bucaqdan baxsaq əgər ayaqqabının gələcəyə dair mesajlar daşıdığını şərh etmiş olarıq. Yuxusunda ayaqqabı görən şəxs gələcəyi üçün qətiyyətli bir addım atacaq deməkdir. Bu gələcəyi üçün fərqli bir yola çıxmaq mənasına da gələ bilər. Yuxuda ayaqqabılar görmək uğura işarə edir. Yuxu sahibinin həyatının rəngarəng olacağına və bəxtinin açılacağına işarə edir. Yuxuda ayaqqabı geyinmək yuxu sahibinin həyatında yeni dövr başlayacağına yozulur. İş həyatında, şəxsi həyatında uğurlu olacağına da yozula bilər. Yuxuda ayaqqabı geyinmək həmçinin yuxu sahibinin həyatında təəccüblü inkişaf olacağına işarədir. Yuxuda ağ ayaqqabı görmək yuxu sahibinin iş həyatında və ya təhsil həyatında etmək istədiyi işlərdə üzləşdiyi bütün problemləri, çətinlikləri həll edəcəyini və yerinə yetirmək istədiyi bütün işləri edə biləcəyini göstərir. Həmçinin yuxu sahibinin uzun müddət yüklənən hadisələrdən və insanlardan qurtulacağına işarədir. Yuxuda ağ ayaqqabı görmək yuxu sahibinin ağ günə çıxacağına işarə edir. Bəli, məsxərəyə salmırıq, ağ ayaqqabı görsəniz bu o deməkdir ki, ağ günə çıxacaqsınız.

Yuxuda yeni ayaqqabı görmək yuxu sahibinin il ərzində yaşadığı iş yorğunluğu və stresindən xilas olacağına və dinlənmək üçün hazırlıq görəcəyinə işarə edir. Yuxuda yeni ayaqqabılar tapmaq yaxşılıq tapmağa, yeni uğurlar qazanamağa da yozulur. Yuxu görən nişanlı qız, evlənəcək insandırsa bu onun tezliklə şad xəbər alacağını ifadə edir.

Yuxuda ev gormek

Yuxuda ev gormek sizi və həyatınızı təmsil edir. Başınız üzərində bir damınızın olması sülh və təhlükəsizlik rəmzi deməkdir. Ancaq görülən evin vəziyyəti bu yuxunun şərhini dəyişdirə bilər. Əgər ev səliqəli, təmiz, yeni rənglənmişdirsə bu yuxu sahibinin münbit və rahat həyat tərzi yaşayacağına işarə edir. 

Yuxuda ev gormek  yuxu sahibinin tezliklə bolluğa, bərəkətə qovuşacağına yozulur. Yuxuda ev almaq yeni qərar qəbul edəcəyinizə və ya mövcud bir qərarda fikrinizi sabitləyə bilmədiyinizə şərh olunur. Yuxuda ev gəzdiyini görən yuxu sahibi mövcud yerdən başqa yerə köçəcək deməkdir. Yuxuda evin yıxıldığını görmək çətinliyə, kədərə, sevilən birinin itkisinə yozulur.

Yuxuda evin yıxıldığını görən bir şəxs evlidirsə həyat yoldaşı ilə mübahisə edir yox əgər nişanlı və ya münasibətdədirsə bu şiddətli söz çəpləşməsinə yozulur. Yuxu sahibi həmçinin ətrafında onu sevməyən insanlardan da ehtiyyatlı olmalıdır. Bu yuxu İslam dininə görə isə ibadəti pozduğuna işarə edir. Yuxuda köhnə və uçulmuş ev görmək xəstəliyə işarədir. Əgər ev yuxu sahibinindirsə bu onun səhhətində problem olacağı mənasına gəlir. Yuxuda taxta bir ev görmək yaxşı bir iş və ya evlilik əlamətidir. Taxta evdən çıxan birisi harama tövbə edir deyə yozulur. Evi yuxuda qapısız görmək hüzurun yox olacağına işarədir. Yuxuda ev təmizləmək zənginliyə və qəfildən olacaq xoşbəxtliyə işarə edilir. Yuxuda balaca ev görmək yuxu sahibinin səbrlə bolluğa çatacağına yozulur. Yuxuda böyük ev görmək isə dərdlərdən qurtulub fərah həyata çatmaq deməkdir. Yuxuda tək başına ev tikdiyini görmək yuxu görənin evlənəcəyinə və yaşadığı yerdə həyatına davam edəcəyinə işarədir. Həmçinin bu yaxın zamanda uşaq sahibi olacağına da təsadüf olunur. 

Yuxuda xalca gormek

Yuxuda xalca gormek bolluq və sərvət əlaməti olaraq ifadə olunur. Yuxunuzda xalça görmək həmçinin varlı dostlarınızın olacağına işarədir. Yuxu sahibinin xalçanın üzərində gəzdiyini görməsi xoşbəxt olacağına yozulur. 

Yuxuda xalca gormek bir başqa mənada xoşluq və yüngüllük olaraq da şərh olunur. Yuxu sahibinin sağlam və xoşbəxt olacağına işarədir. Xalçanın başqa mənası halal pul və mal qazanacağına da şərh olunur. Yuxuda xalça yuduğunu görmək insanın təmiz və yaxşı işlər görəcəyinə, fərahlayacağına işarədir. Həmçinin yuxu sahibinin çox gözəl həyatı olacağına və həsəd aparılacağına da yozulur. Xalçanı yuduğunu görən yuxu sahininin xeyir işləyəcəyinə və savab qazanacağına da işarədir. Həmçinin şəxsi həyatında həyəcanlı və xoş vaxt keçirəcəyini də bildirir. Yuxuda xalça üzərində uçduğunu görən yuxu sahibi problemlərdən canını qurtaracaq və ailə həyatında həmişəkindən daha yaxşı nəticələr alacaq. Həmçinin bunun mənfi mənası da var. Yuxu sahibinin əlində olduqlarının dəyərini bilməyəcəyinə işarə edir. Ehtiyyatlı olun, əlinizdəkilər sizdən uçub getməsin!

Yuxuda xurma gormek 

Yuxuda xurma gormek elm öyrənmək, faydalı şeylər etmək, yaxşı fəziləti olan xanım və ya bəylə evlənmək mənasına gəlir. Bu həmçinin sizə Həcc ziyarətinə gedəcəyiniz mənasına da gələ bilər.  Yuxuda xurma gormek  və ya yemək bolluq, bərəkət, yaxşılıq əlamətidir. Həmçinin subaylar üçün bəxtinin açılacağı mənasına da gəlir. Yuxuda xurma almaq və ya yemək halal qazanc deməkdir.  Yuxuda xurma yeyən yuxu sahibinin xəstəliklərdən canını qurtaracağına da işarə edir. Xurma ağacı əkdiyini görmək isə var dövlət yığacağına yozulur. Səpələnmiş xurmaları görmək isə daimi olmayan pula işarə edir. Yuxuda sizə xurma gətirildiyini görürsünüzsə bu vəzifəli, rütbəli biri tərəfindən işlə təmin olunacağınıza şərh olunur. Bir kəs xurma ağacından xurma yediyini görürsə övlad sahibi olacaq deməkdir. Xurma halal və gözəl çörək, bərəkətdir.

Yuxuda gul gormek

Yuxuda gul gormek yuxu sahibinin xoşbəxtliyə və barışa qovuşacağına işarədir. Yuxu görən şəxs əgər evli deyilsə yaxında xeyirli qismət tapacağına və xoşbəxt evlilik edəcəyinə hazır olsun! 

Yuxuda birinə gül almaq həmin insana xoş xəbər verəcəyiniz mənasına gəlir. Həmçinin əgər biri sizə gül alırsa hu xəyallarınıza daha bir addım atacağınıza və onları reallaşdıracağınıza şərh olunur. Sürpriz və yaxşı xəbərlər sizi gözləyir. 

Yuxuda çoxlu gül görmək yuxu sahibinin dərdsiz və dinc həyat yaşayacağına işarədir. Yuxuda bir rəngli gül görmək xəstələnmək deməkdir. Əgər bu gül sarı rəngdədirsə xəstəlik şiddətli, çəhrayıdırsa yüngül olacaq deməkdir. Yuxuda gül buketi görmək subay xanımlar üçün evliliyə bəylər üçün isə uğura yozulur. Yuxuda gül yığmaq ruhunuzun dincələcəyinizdən, çətinliklərdən qurtulacağınızdan, uğurlu olacağınızdan xəbər verir.  Birisinin sizin güllərinizi qopardığını görürsünüzsə bu bəzi problemlər yaşayacağınıza işarə etdiyini bilin.

Yuxuda gelinlik gormek

Yuxuda gelinlik gormek subaylar üçün xeyirli əlamətdir. Yuxuda gəlinlik görən subay qızın yaxında evlənəcəyi bununla dəqiqləşir. Həmçinin gəlinlik görmək gözlədiyiniz xəbərə cavab alacağınız mənasına gəlir. Evli birisi gəlinlik geyindiyini görürsə yaxında uşaq sahibi olacağını ifadə edir. Yuxuda təmiz və gözəl gəlinlik görmək xoşbəxt və uzunömürlü evliliyə, çirkli və qara gəlinlik isə evlilikdə problemlərlə qarşılaşacağınıza şərh olunur. 

toy paltarları toy geyimleri toy donlari

Yuxuda evlenmek 

Yuxuda evlenmek təəssüf ki, heç də yaxşı yozulmur. Bu yuxu sahibinin Allahdan kömək istədiyinə, borca, kədərə, qəmə şərh olunur. Bəzilərinə görə isə yuxuda evlenmek var dövlət hesab olunur.  Yuxuda evlenmek subaylar üçün toy xəbərçisidir. Digər bir yandan isə bədbəxtlik, kədər deməkdir. 

Gözəl yuxu yozmalarından sonra sizi məyus etməmək üçün yazımızı burda sonlandırırıq. 

Unutmayın, əsas olan sizin enerjinizi qorumağınız və yaxşı şeylərin olacağına inanmağınızdır!