
Xina bezekleri
Bizə Zəng edin Suallarınızı cavablandıraq
Hamımız bilirik ki, Toy və Nişan, əyləncə, xina bezekleri, şənlik deyiləndə ağıla gələn ilk xalqlardan biri bizik – yəni Azərbaycan xalqı.
Bütün bu gözəlliklər bizim tariximizin bugünümüzə ötürdüyü irsdir. Bu irsi qoruyub gələcək nəsillərə ötürməyə çalışırıq. Lakin bu proses bu qədər asan olur? Əlbəttə xeyr.
Bugün sizlərə xına mərasimindən danışacayıq. Elə isə ən sevdiyimiz cümlə ilə başlayaq yazımıza:
Qəhvənizi əlinizə alın və yerinizi rahat edin, bugün xınadan danışırıq!
Xına Adətinin Tarixi
Xina ilk dəfə Şimali Afrikada becərilməyə başlasa da onun istifadəsi bu tarixdən öncəyə təsadüf edilir. Belə ki, xınanı ilk dəfə Misirlilər həm müalicə həm də sənət üçün istifadə ediblər. Onlar xina ilə müxtəlif dəri xəstəliklərini dəf etməyə başladıqdan sonra bunun çox faydalı olduğunu görüb müxtəlif məqsədlər üçün istifadə ediblər. Misirdən qalma rəsm əsərlərində xınanın boyaq maddəsi kimi istifadə olunduğu görülüb. Əlavə olaraq tapılan qalıqların içərisində xina yarpaqlarının qurusuna da rast gəlinib. Bunlar göstərib ki, xına həm də dekorativ məqsədlə istifadə olunub.
Xina bundan sonra ətraf ölkələrdə də istifadə olunmağa başlayıb. Nəhayət Afrika ölkələrində becərilməyə başlayandan sonra şərqdə Hindistana sonra da Avropa ölkələrinə gəlib.
Xınanı müalicə vasitəsi olaraq necə istifadə edə bilərik? Diqqətlə yazımızı oxumağa davam edin:
Xina keçmiş zamanlarda sarılığın, ələş xəstəliyinin, böyrək daşının məhv edilməsi üçün istifadə olunub. Nə deyiblər? Ən yaxşısı “xalq təbabəti”dir!
Bundan əlavə xına diş ağrıları və müxtəlif dəri xəstəliklərinin müalicəsi üçün də istifadə olunur. Belə ki, xınanı seboretik dermatiti olan, dəri pullanması və yağlılığı olan insanlar rahatlıqla istifadə edib nəticə ala bilərlər.
Bizə Zəng edin Suallarınızı cavablandıraq

Saça Xına Qoymaq Qaydası
Xınanın ən höyük köməyinin isə saçlarımıza olduğunu bilirik. Saç quruluğu, saç tökülməsi, saçqıran, saç seyrəkliyi və daha nələr nələr – hamısının dərmanı xınadadır!
Bəs saca xina qoymaq qaydasi haqqında məlumatlısınız? Əgər deyilsinizsə biz sizi məlumatlandırarıq.
Saça xina qoyulan zaman 2-3 çay qaşığı xina və 1 stəkən su bizə kifayət edir. Əgər saçlar sıxdırsa o zaman 25 qram və lazım olarsa daha artığını götürüb üzərinə isti su əlavə edirik. Qaymaq kimi məhlul alınana qədər qarışdırırıq. Saça asanlıqla yaxılmasını istəyiriksə bu zaman bir yumurta sarısı əlavə edəbilərik. Burda xınanın hamısının yaxşı qarışmasına diqqət yetirməliyik. İçərisində topacıqlar qalarsa bu zaman sacımıza sürtdüyümüz zaman çətinlik törədəbilər. Saçlar qırmızı və ya narıncı tonlarına boyanır. Ancaq bu hər zaman belə olmaya bilər. Əgər siz həqiqi xina istifadə etməsəniz və boyalı saçlara tətbiq etsəniz bu zaman rəng dəyişikliyi olmayacaq. Xina sacda nece saat qalmalidir? Cavablayaq: 35-45 dəqiqə qalması məsləhət görülür.
Ümumiyyətlə xına rəngli (qırmızı, göy, bənövşəyi), ağ, rəngsiz və təbii olur. Təbii İran xınası xaricində digər xınalar xeyirdən çox zərər verir. Ag xina ile sac acmaq artıq dəb halını alıb məsələn. Rəngsiz xına isə kosmetik vasitə olaraq istifadə olunur. Ya xınanın təbii olanını istifadə edin ya da etməyin. Xına saçları möhkəmləndirir, ona parlaqlıq verir – təbii ki, əsl xınadırsa.
Xina haqqında məlumat verdik indi isə keçək xına mərasimlərinə.
Azərbaycanda Xına Yaxma Mərasimləri Necə Keçirilir
Xina merasimleri hər bölgəmizdə fərqli keçirilir. Elə isə gəlin Şərur Xina bezekleri ne baxaq:
Şərur toylarında xına mərasiminə “xina gecesi” və ya “xinayaxdi” deyilir. Bu mərasimi xanımlar təntənəli şəkildə təşkil edirlər. Xonçalar əvvəlcədən hazırlanır və onun içərisinə meyvə, şirniyyat, xina qoyulur. Əlavə olaraq xonçalarda rasıx, ətir, ənlik, kirşan kimi xina bezekleri və Aksesuarlar da görə bilərik.
Bunlar hazırlandıqdan sonra mahnılar oxuyaraq çalğıçılarla birlikdə qız evinə gedilir. Bu zaman gedənlərin içərisində oğlanın anasının gətirdiyi gəlin bəzəyən, anası və 3-4 qız olur. Evin qapısına çatmadan isə gəldiklərini bildirmək üçün haxışta deməyə başlayırlar.
Evə gələn qonaqlar qızın cehiz döşəyini açıb yerə sərirlər. İlk öncə döşəyin üzərinə oğlan uşağı otuzdurulur. Bu ilk uşağın oğlan olması üçün edilən ritualdır. Bundan sonra isə döşəyin üzərinə gəlin uzandırılır. Ondan sonra isə qızın qaşı alınmağa başlayır və üzü təmizlənir.
Xina xoncasi gətirən qıza nəmər verilir. Nəmər isə pula deyilir. Gətirilən xina isladılır və gəlinin əllərinə, ayaqlarına, saçlarına qoyulur. Həmçinin orada olan digər qızların da əl və ayaqlarına xina qoyulabilər.
Narahat olmayın, Hindistan xınayaxdılarında olduğu kimi burada xınanı gəlinin qaynanası yumur.


Xınanın Üç Mənası
Xınanın yaxılması səadət və xoşbəxtlik rəmzi hesab olunur. Ancaq bundan başqa 3 mənası da vardır. Gəlinə yaxılan xina bezekleri ərinə qurban olmasına görə, əsgərə yaxılan xına vətənə, heyvana yaxılan qurban olduğuna görədir. Xına ilə bərabər qızın qaşlarına rasıx da çəkilir. Rasıx xınanın olmazsa olmazı olan rəmzi hesab olunur.
Xinayaxdi merasimi boyunca müxtəlif Mahnılar oxunur, rəqslər oynanılır. Heyvagülü rəqsinə bu bölgədə rast gələbilərsiniz.
Lənkəran bölgəsində keçirilən xinayaxdi merasimleri də Şərur bölgəsindəki kimi maraqlı olur. Belə ki, süfrələrdə xınadan əlavə bölgənin rəmzi olan ləvəngini görə bilərik.
Mərasimlərdə “Xınayaxdı” , “Əllərə xına yaxanlar” , “Aman nənə” mahnılarını eşidəbilərik.
Ümumiyyətlə Azərbaycanda xına mərasimlərində xina mahnilari çox sevilir. Son illərdə qardaş Türkiyədən “yüksek yüksek tepelere” mahnısından başqa mahnılarımızın olmadığını düşünürsünüzse yanılırsınız.
Bəs bizim məclislərdə tariximizdən bugünə mahnılar necə oxunardı?
~ Xınayaxdıda mahnılar “tək qaval” prinsipi ilə oxunardı. Qadınlar, qızla dövrə vurub əyləşərdilər və onlardan biri solist olaraq ortada oturardı. Oxunan mahnıların nəqarətində hərkəs bir ağızdan xor şəklində oxuyardı. Solist isə qalan bəndləri qaval çalaraq oxuyardı.
Günümüzdə isə ən çox eşitdiyimiz xina mahnisi hansıdır məncə hamımız bilirik. Elə isə bir neçə misra o mahnıdan yazaq ki, bilməyənlər də öyrənsin:
Bu gun xina vaxtidi
Balama xına yaxdıdı
Bu gün xina yaxdidi
Misraları yazarkən lap xına mərasiminə getmək istədik. İndi isə sizə maraqlı olabiləcək bir necə keçidi verdikdən sonra xına mərasiminin təşkili prosesinə keçəcəyik! Buyurun həmin keçidlər:
Toy Planı

Bizə Zəng edin Suallarınızı cavablandıraq
Azərbaycanda Müasir Xınayaxdı Mərasimləri
Xinayaxdi mərasimi dərin mənası olan gözəl adətlərimizdən birisidir. Lakin, buna baxmayaraq dövrümüzdə bu mərasim kölgədə qalmağa başlayırdı kiiii …. Yenidən dirildi.
Lakin bu bizim öncə keçirdiyimiz xina merasimleri kimidir? Xeyr təbii ki.
Dövrümüzdəki xına mərasimləri artıq müasir forma alıb və çox dəbdəbəli formaya dönüb. Uzaqdan baxsanız fikirləşərsiniz – “görəsən bu xınayaxdıdır yoxsa toy” ? Paltarlar, Bəzəklər
, tematika… Hamısı birbirinə qarışıb. Elit xına yaxdı Mərasimlərinə məşhur Toy Müğənniləri və ya Musiqiçilər də dəvət edilir. Nə demək olar – varlığa nə darıq?
Ümümən baxdığımızda bilməliyik ki, xınayaxdı tamamilə milli adətlərə söykənən və dini məna kəsb etməyən bir adətdir. Xına mərasiminin təşkil olunması bir çox hallarda baha başa gəlir. Bəzi cütlüklər həmin gün milli libaslar geyinir, xüsusi dekorasiya ilə bəzədilmiş xina evleri tapır və orada keçirir. Hələ bununla bitmir – qonaqları əyləndirmək üçün xinayaxdi aparan, müğənni, çalğıçılar, şou proqram ustaları ilə razılaşırlar. Toy Müğənnilərini Xınayaxdıya Sifariş etmək bir az mürəkkəb prosesdir. Amma əgər siz də xına Yaxdınıza məşhurları çağrmaq istəyirsinizsə onları Vagzali.com saytından sifariş edə bilərsiniz. Tədbirinizin növünü və zamanını seçirsiniz. Daha sonra bizim menecer sizə lazım olan Müğənni, Şou, Muğam və Musiqiçi triolarının ən düzgün və endirimli qiymətlərini verir.
Bu cür mərasimlər isə artıq büdcəni aşır. Buna görə bir çox ailələr xınanı ailə arası keçirir.
İndi keçək xınanın atributlarına:

Xına Paltarları və Xına Bəzəkləri
Xina paltarlari bildiyimiz kimi mərasimin əsasını təşkil edir. Əsas gözlər isə gəlinin libasında olur. Xınayaxdıda gəlin milli naxışlarla bəzədilən qırmızı rəngli libas geyinir. Bundan əlavə başını örtmək üçün qırmızı yaylıq da istifadə olunur. Bu zaman xina bezekleri, xina aksesuarlari seçimində diqqət etmək lazımdır. Xına paltarı bildiyimiz kimi Toy paltarlari kimi qaşlı, zərli, bəzəkli olur. Bu zaman boyunbağı istifadə olunması çox da məsləhət görülmür. Onun əvəzinə zərif sırğa, qolbaqlardan istifadə olunması həmin gün gözəl və zərif görünmənizə kömək edəcək. Əgər gəlinin yaxın rəfiqəsisinizsə tək tonlu əlbisələr geyinməyə üstünlük verin. Bu zaman açıq şaftalı tonları, çəhrayı tonları sizin gəlinlə uyğun olmanıza kömək edəcək.

Xina ucun sac duzumleri
Xina ucun sac duzumleri bəzən doğru seçilmir. Nişan və toydan fərqli olaraq xınada daha sadə saç düzümlərinə üstünlük verməliyik. Paltarların dəbdəbəsi saçın sadə olması ilə balans yaratmalıdır. Bunda görə xina ucun sac duzumleri seçən zaman sadə hörüklərdən, dalğalı saçlardan istifadə çox zövqlü görüncəcək.
Xina bezekleri
Xina bezekleri də ən gözəçarpan detallardan biridir. Ən önəmlisi əllərə, biləyə, qola çəkilən xına naxışlarıdır. Bu gözəl naxışları edən ustaların köməyi ilə zövqünüzə uyğun formaları çəkdirə bilərsiniz. Bunun üçün ən asan variant xina bezekleri instagram səhifələrinə baş çəkməkdir.
Xına səbətləri
Xına səbətləri də unudulmaz parçalardan biri olmalıdır. Bu səbətlər nişan səbətlərindən fərqli lakin ən az onlar qədər gözəl olmalıdır.
Xına səbətləri çox vaxt qırmızı və onun tonlarında seçilir. Bunun səbəbi isə o rəngin cütlüyə sevgi və xoşbəxtlik bəxşedəcəyinə olan inamdır. Xına səbətləri buta formalı, gül formalı gül xina bezekleri ilə bəzədilir. Bundan əlavə rəngli lentlərlə də bu səbətləri dekorasiya edə bilərik.
Xina tortlari
Xina tortlari xınayaxdının ən şirin və ayrılmaz parçasıdır. Ancaq dövrümüzdə bunun yerinə özəl hazırlanmış nişan şokoladları görə bilərik. Hərkəsə müxtəlif sözlər yazılan şokoladlar bəzən kiçik hədiyyələrlə tamamlanır və qonaqların gözünü oxşayır.
Xina bezekleri bunlarla bitmir – güzgü, xına əlcəkləri, örtük, şamdanlar …

Xina Üçün Digər Aksesuarlar
Günümüzdə istifadə olunan bu əşyalar studiyalar tərəfindən təqdim olunur. Əgər paltarlar, əşyalar studiya tərəfindən verilirsə bu zaman fotosessiya da təklif olunur. Fotosessiya zamanı çəkilən şəkillər albom şəklində cütlüyə təhvil verilir.
Şamdanlar kiçik bəzəklərlə xına stolunun gözəlliyinə gözəllik qatır. Bu şamdanların qiymətləri 20 manatdan başlayır 40-45 manatadək bahalaşa bilir. Əsas fikri yaddan çıxarmayaq – təbii ki, hər zaman hər birşeyin daha bahalı olanını görəbilərik.
Güzgülər isə çox vaxt xınayaxdı mərasimlərində istifadə olunmur. Bu dövrümüzdə mərasimlərə avropasayağı təsirin olmasından qaynaqlana bilər. Ancaq sizə yenə də qiymətləri təqdim edə biləri – güzgü qiymətləri 25 manatdan başlayaraq 50 manata qədər bahalaşa bilir.
Xına əlcəkləri zərif tüllü ağ bə qırmızı rəngdə istifadə olunur. Bu əlcəklər xına ələ çəkildikdən sonra taxılır. Əlcəklərin qiyməti 15-20 manatdan başlayaraq 35-40 manatadək olabilir. Bəzən bu əlcəyin yerinə ipək dəsmallar da bağlanabilir.

xina bezekleri Gəlin üçün üz örtükləri zərli saplarla, qaşlarla xüsusi olaraq hazırlanır. Bu örtüklər al qırmızı olur. Qiymətləri isə 25 manatdan başlayır.
Zinət əşyaları üçün istifadə olunan qablar çox vaxt kiçik əşya kimi görünsə də xına masasına gözəllik qatır. Bu xina bezekleri qablar qızılı, gümüşü rəngdə parıltılı olduğu üçün diqqət cəlb edir. Müxtəlif formalı bu qabların qiyməti 15 manatdan başlayaraq 45-50 manatadək bahalaşa bilir.
“Üzərliyəm, hər dərdlərə dəvayam”
Bəli, gözəl qoxulu üzərlik də xınayaxdı mərasimlərində yandırılır. Çox vaxt xonçaların içərisində xina bezekleri olaraq istifadə olunan bu üzərliklərin də qabı olur. Bu qabların qiyməti minimum 15-20 manat olur və daha da bahalaşa bilir. Hər an qaşlı, lentli qablar görəbilərsiniz, hazır olun!
Bəs sizcə mərasimin qəhramanı olan xına sadə təqdim olunur? Təbii ki, xeyr!
Xınanın qoyulması üçün də qablar mövcuddur. Bu qablar tariximiz boyunca istifadə olunub. Bu qabların üzərində milli xina bezekleri atributlarımı görmək mümkündür. Xınayaxdı qabının qiyməti isə 20 manatdan başlayaraq 35-45 manatadək olabilər.
Qızıl Alarkən Nəyə Fikir Verməliyik
Qızılı alarkən nələrə diqqət yetirməliyik? Qızıl hər il "ən çox alınanlar" listində ilk sırada gəlir. Bəs bu alış-veriş hər zaman düzgün edilir mi? Təəssüf ki, xeyr. Alıcılar qızıl aldıqları zaman çox vaxt malın üzərindəki sertifikata və onun əyarına baxırlar....
Yuxuda Toy Gormek
Toya və Nişana İşarə Edən Yuxu Yozmaları Hər birimiz gecə yatarkən başqa bir dünyaya düşürük. Bəzən bu dünyada sonuna qədər qalmaq istəyirik bəzən də tez ayrılmaq istəyirik. Bəli, bugün yuxular və onların nə mənaya gəldiyindən danışırıq! Elə isə buyurun başlayaq...
Toy Ucun Sac Duzumleri
TOY UCUN SAC DUZUMLERİ Toyda diqqət mərkəzində olmaq sözsüz ki, hər bir xanımın arzusudur. Xüsusən də toyun gəlini siz olduqda işlər daha da ciddiləşməyə başlayır. İlk iş internetdə " toy ucun sac duzumleri, saç kesimleri, saç düzümləri, saç hörükləri " və.s bu tipli...
Toy Nişan Ad Günü Bəzədilməsi və Dizayn Aksesuarları Sifarişi
Bizim Xidmətlərimiz Nişan Toy Aksesuarlari Toyların Bəzədilməsi və toy Aksesuarları Nişan üçün evlərin bəzədilməsi, süfrənin bəzədilməsi Açıq havada masaların sifarişi, açıq hava toyları hazırlanması. Ad Günü Bəzəkləri Uşaq ad günləri aksesuarları Şarlar, bəzək...
Toy Paltarlari – Toy Donlari
Toy Paltarları - Sizə uyğun Toy Paltarını Seçməyin 5 üsulu. Toy hazırlığı nədən başlayır? Bu suala hər kəs fərqli cavab verə bilər. Amma Azərbaycan Toylarının ən mühüm simvollarından biri Toy Paltarlari - Bəyaz Gəlin Geyimidir. Və hər bir Gələcək gəlinin ən böyük...
İndi isə sizə maraqlı sual verək.
Oğlan üçün xına zamanı xonça təqdim edilməsi haqqında nə düşünürsünüz?
Qədim ənənə yoxsa müasirliyə doğru addımlar?
Milli adətimizə görə toya bir həftə qalmış qız evi tərəfindən oğlan üçün xüsusi xonça hazırlanır. Bu xonçaya oğlan üçün nəzərdə tutulmuş ətirlər, geyimlər, aksesuarlar, müftəlif növ şirniyyatlar qoyulur. Bəzən bura dəsmal, köynək düymələri də qoyulabilir.
Bütün bunlara diqqət yetirdik, sonda isə xınayaxdıdan bir səhnə canlandıraq sizlər üçün – buyurun:

Qızlar hamısı bir yerə yığışırlar. Qızın yengəsi islanmış xınanı götürüb ortada oynamağa başlayır. Sonra bir sini bir də boş kasanı götürüb gətirir oğlan evinin xanımının qarşısına qoyur. O isə boş kasaya pul ataraq xınanı götürür. Oynaya-oynaya gəlinin yanına gəlir onun əllərinə, ayaqlarına, xına qoydurur. Sonra da məclisdəkilərin qabağına gətirilir. Hərkəs xına qoyub pul salır. Bəzi bölgələrdə isə gəlinə xına yaxıldıqdan sonra oğlan evindən olan yaxınlar gəlinə hədiyyə verirlər.
Gəlinin qarşısına su ilə dolu kasa qoyulur. Onun yengəsi ya da qızgilin evindəki gəlin xınanı payladıqdan sonra oğlanın qohumunun gətirdiyi zinət əşyalarını gəlinə təqdim etməyə başlayır. Əvvəlcə gəlinin qaynanasının gətirdiyi qızıllar hərkəsin gözü önündə təqdim olunaraq taxılır. Sonra isə digərlərinin gətirdikləri taxılır, zinət qutusuna qoyulur.
Tez-tez verilən suallar:
Nişan xonçaları neçəyə başa gəlir?
~ Xonçaların qiyməti ölçüsünə, formasına görə dəyişir. Bu Qiymətlər 25-60 manat arası dəyişir. Lakin daha da bahalısını təbii ki, görə bilərsiniz.
Hazır xonçaların alınması daha sərfəlidir?
~ Bu xonçanın içərisində olan məhsullara bağlıdır. Əgər evdə içərisini yaxşı məhsullarla doldurmaq imkanınız varsa evdə doldurmağınız məsləhət görülür.
Xınayaxdı mərasiminin təşkili nə qədər xərc tələb edir?
~ 2500 manatdan başlayaraq daha da baha ola bilər. Ailə arası kiçik məclislər 2500-3000 manat arası keçiriləbilər. Lakin oğlan evindən də iştirak edənlər olacaqsa bu məbləğ artıq olacaq.
Xina sekilleri üçün fotosessiyalar neçəyə başa gəlir?
~ Fotosessiya qiymətləri 60 manatdan başlayır. Günümüzdə bu fotosessiya 150-300 manatadək bahalaşa bilir. Məşhur fotoqrafların instagram səhifələrində gördüyünüz fotosessiyalar bəzən daha bahalı da olabilər.
Tarixi Şəxsiyyətlər Xına Yaxma Mərasimi Haqqında
“Xına yaxın. Çünki gözəlliyinizi, gəncliyinizi və nikah sevginizi artırar.” (Əbu Nuaym, Bəzzar)
“İlk xına yaxan İbrahim Peyğəmbərdir. Qara ilə də ilk boyanan da Firondur.” (Deyləmi)
“Boyanmanın ən yaxşısı xına ilə olanıdır.” (Deyləmi)
“Qocalığınızı xına ilə aradan qaldırın. Çünki bu, üzləriniz üçün gözəllik, ağızlarınız üçün xoşluq, qadın üçün qüvvətdir. Xına, Cənnət əhlinin qoxusunun seyididir və xına küfr ilə imanı ayırar.” (İ. Asakir)
“Xına ilə boyanın. Çünki o gözəl qoxuludur və qorxunu götürər.” (Hakim)
“Saqqallarınızı xınalayın. Çünki mələklər möminin xına sürməsinə sevinər.” (İ. Adiy)
“Peyğəmbər əfəndimiz, başından narahat olana “Get hacamat ol” ayağından narahat olana “ Get ayağına xına qoy” deyərdilər.” (Tabərani)
“Rəsulullaha vəhy gələndə, başına ağrı gələr və başına xına qoyardılar.” (İbni Sünni)
“Bədənində bir yara olarsa, üzərinə xına qoyardılar.” (İbni Macə)
“Qadının əlində xına əsəri olmasını xoş görərdilər.” (Beyhəqı)
İndi isə keçək xınanın tarixçəsinə…