Toy Və Nişan Hazırlığı – Planlama və Məsləhətlər
Nisan dedikdə ağlınıza nə gəlir? Toydan öncəki ilk həyəcan yoxsa gözəl paltarlarla, xonçalarla ətrafımızı bəzəyən mərasim? Hərkəsin gözündə nişan fərqli aurada ola bilər və biz əminik ki, bu yazımızda hərkəs öz nişanı ilə bağlı lazımi məlumatı alacaq.
Nisan toydan əvvəlki hazırlık etapı ola bilər. Nisan sac duzumleri, nisan geyimleri, nisan sekilleri, nisan mekani … Bunların hamısını etmək toy hazırlığını etmək kimi birşeydir.
Azərbaycanda toy, nişan adət ənənələri keçmişə dayanır. ” Subaydım soltandım, nişanlandım xan oldum” – tanışdır sizə də bu deyim? Bəli, nisan evliliyə keçid etmək üçün ən önəmli etapdır və yaranma tarixi heç də yeni deyil.
Qızıl Alarkən Nəyə Fikir Verməliyik
Qızılı alarkən nələrə diqqət yetirməliyik? Qızıl hər il "ən çox alınanlar" listində ilk sırada gəlir. Bəs bu alış-veriş hər zaman düzgün edilir mi? Təəssüf ki, xeyr. Alıcılar qızıl aldıqları zaman çox vaxt malın üzərindəki sertifikata və onun əyarına baxırlar....
Yuxuda Toy Gormek
Toya və Nişana İşarə Edən Yuxu Yozmaları Hər birimiz gecə yatarkən başqa bir dünyaya düşürük. Bəzən bu dünyada sonuna qədər qalmaq istəyirik bəzən də tez ayrılmaq istəyirik. Bəli, bugün yuxular və onların nə mənaya gəldiyindən danışırıq! Elə isə buyurun başlayaq...
Xina Bezekleri, Paltarlari, Merasimleri
Xina bezekleriBizə Zəng edin Suallarınızı cavablandıraq +9940502649420Hamımız bilirik ki, Toy və Nişan, əyləncə, xina bezekleri, şənlik deyiləndə ağıla gələn ilk xalqlardan biri bizik - yəni Azərbaycan xalqı. Bütün bu gözəlliklər bizim tariximizin bugünümüzə ötürdüyü...
Toy Ucun Sac Duzumleri
TOY UCUN SAC DUZUMLERİ Toyda diqqət mərkəzində olmaq sözsüz ki, hər bir xanımın arzusudur. Xüsusən də toyun gəlini siz olduqda işlər daha da ciddiləşməyə başlayır. İlk iş internetdə " toy ucun sac duzumleri, saç kesimleri, saç düzümləri, saç hörükləri " və.s bu tipli...
Toy Nişan Ad Günü Bəzədilməsi və Dizayn Aksesuarları Sifarişi
Bizim Xidmətlərimiz Nişan Toy Aksesuarlari Toyların Bəzədilməsi və toy Aksesuarları Nişan üçün evlərin bəzədilməsi, süfrənin bəzədilməsi Açıq havada masaların sifarişi, açıq hava toyları hazırlanması. Ad Günü Bəzəkləri Uşaq ad günləri aksesuarları Şarlar, bəzək...
Toy Paltarlari – Toy Donlari
Toy Paltarları - Sizə uyğun Toy Paltarını Seçməyin 5 üsulu. Toy hazırlığı nədən başlayır? Bu suala hər kəs fərqli cavab verə bilər. Amma Azərbaycan Toylarının ən mühüm simvollarından biri Toy Paltarlari - Bəyaz Gəlin Geyimidir. Və hər bir Gələcək gəlinin ən böyük...
Gəlin nişanın yaranma dövrünə səyahət edək!
12-ci əsrdə papa 3-cü İnnosent qərb evliliklərinin qaydalarını dəyişdirir və bunun əvəzinə nişanı yaradır. Qərarında o, evlilik təklifinin kilsədə edilməsini, bütün nigahların kilsədə keçirilməsini, gəlinə nişan günü üzük verilməsini qeyd edir. O dövrlərdən başlayaraq nişan və nisan uzukleri artıq toy hazırlığının ayrılmaz parçası olur. Lakin adı verilməsə də əbədi sevginin simvolu olan nisan uzukleri, yaranma tarixinə görə təxmin edə bilməyəcəyimiz qədər yaşlıdır.
Bəzi mənbələrdə yazılana görə nişan üzüklərinin istifadə olunması Misirdə, bəzilərinə görə isə Yunanıstanda yaranıb. Göstərilən hər iki mənbədə nişan üzüyü adsız barmağa taxılır. Bunun səbəbi isə ürəyə gedən damarın məhz bu barmaqdan keçməsi olur. Maraqlıdır elə deyil mi? Bəziləri üçün bu romantik bəziləri üçün isə sırf tibbi detaldır.
Qədim Yunanıstanda isə üzüklərin fərqli barmaqlarda istifadə olunmasının səbəbləri var idi. Üzük sol əlin adsız barmağına taxılırsa şəxsin sevgilisi olduğuna, çeçələ barmağına taxılanda şəxsin münasibət qurmasına hazır olmadığına, şəhadət barmağına taxılan üzüyün şəxsin özünə yar axtardığına, orta barmağına taxılanda isə şəxsin sevgi işlərində tam təcrübəsiz və yeni olduğuna işarət edirdi.
Qədim Misirdə isə üzüklər sol ələ taxılırdı. Hal-hazırda da nişan üzüyü bəzi ölkələrdə sol ələ taxılır və nigahdan sonra bu üzük sağ əlin adsız barmağına keçir. Nişan üzüklərinin bəzədilmə tarixi də keçmişə dayanır. Pizzanın atası hesab olunan italyanlar səndemə brilliant qaşlı üzüklərin də yaradıcısı imiş. Onlar müxtəlif ölçülü brilliantlarla üzükləri bəzəyərək xanımları valeh edirdilər. Bunun bir üst səviyyəsi də üzüklərin içinə adların baş hərflərinin yazılmasıdır, elə deyil mi? Bunu da Avstriya hersoqu Maksimilian ilk dəfə etmişdir. O Mariya Burqundskaya ilə evlənəndə ona verdiyi nişan üzüyünün içərisinə sevgilisinin şərəfinə romantiklik edərək “M” hərfini yazdırmışdır.
Üzüklər irsi keçərək öz dəyərini artırsa da, bu üzüklərdən başqa əvvəl istifadə olunan üzüklərin nişan üzüyü olması heç də yaxşı qarşılanmırdı. Bəs bu nişan üzükləri niyə dairəvidir? Əbədi sevginin simvolu qapalı dairə formasındadır çünki bu əbədi sabitliyi ifadə edir. Nişan üzükləri haqqında məlumat burada bitmir. Nişan üzükləri necə olur? Necə seçilməlidir? Nisan uzuklerinin qiymetleri nə qədərdir? Bütün bu sualların cavabı yazımızın davamında olacaq.

İndi isə “qurban olaram vətənimizə” deyərək yurdumuzun adət ənənələrinə bir tur edək. Hamımızın bildiyi kimi bir ölkənin mədəniyyəti onun keçmişi ilə bağlıdır. Keçmişdən bugünümüzə baxdıqda bir çox adət ənələr ilə qarşılaşırıq. Bunlardan biri də sözsüz ki, toy adət ənənələridir. Azərbaycanda toy adət ənələri hər bölgədə inkişaf edib bir bütün halına çevrilmişdir. Toy nigahla taclandırılır, buna qədər hansı etaplardan keçirik? Qız bəyənmə, elçilik, nişan, töy öncəsi bəzi adətlər və toy. Bəli, indi isə Azərbaycanda nişanlılıq dövrü necə keçir ona baxacayıq:

Qızların ən sevdiyi, həyəcanlanaraq bəzədiyi cici bici şirin çay stəkanları hamının gözü özünə gəlir, elə deyil mi? Bəziləri qırmızı lentli qaşlı, bəziləri bənövşəyi bantlı … Bu çay stəkanlarını artıq sosial şəbəkələrdə hər yerdə görürük. Bu çay stəkanları elçilik zamanı tədqim olunur. Belə ki, nişandan öncə elçilik olduğu zaman bu stəkanlarda şirinçay süfrəyə gətirilir və elçilərin qarşısına qoyulur. Razılıq alınmamış isə bu çaylar içilmir. ” Allah xoşbəxt eləsin ” sözü eşidən kimi isə artıq hərkəs çayını içə bilər.
Elçilik bu şəkildə bitəndən sonra oğlan evi ilə qız evi arasında təyin olunan vaxtda qız evinə nişan gətirilir. Əslində isə təbii ki, oğlan evi nişan gətirilməsinə əvvəlcədən hazırlaşmış olur. Nişanda nişan xonçaları olur, hansı ki, hamımıza həmişə özümüzə sual veririk “görəsən içində nələr var?”. Bu xonçaların içərisində qız üçün lazım olan paltarlar, qulluq vasitələri, ziynət əşyaları, şirniyyat, meyvə və müxtəlif başqa hədiyyələr olur. Şirniyyat xonçalarının içində çox vaxt ən sevdiyimiz şirnilədən olan şəkərbura, paxlavanı və dadlı konfetləri görə bilərik. Bayram zamanı isə bu xonçalar başqa formada bəzədilir. Bu xonçalara yazının davamında daha dəqiq diqqət yetirəcəyik.
Nişanda qız üçün hərşeyi gətirmək olar kimi bir fikriniz varsa yanılırsınız. Keçmişdə kəndlərimizdə qızlara ayaqqabı gətirməzdilər. O dövrün insanlarına görə ayaqqabı darlıq demək idi. Lakin indi elədir mi? Gucci-lər, Zara-lar, Bershka-lar … Hamısını görə bilərsiniz.
Ayaqqabı gətirilməsi yalnızca qaynana tərəfindən olurdu. Ara günlərdə qızı görməyə gələndə ayyabı gətirərdilər. Paltarlar isə çox zaman al-əlvan rənglərdə – xüsusilə qırmızı rəngdə olardı. Qara paltar gətirilməsi tamamən qadağan idi deyə bilərik. Bundan əlavə oğlan evi tərəfindən göndərilən xonçalarda soğan da göndərmək olmaz. Çünki soğan acılıq deməkdir.
Nişanda gətirilən ən önəmli atributlardan biri də sözsüz ki, naxışlı qırmızı yaylıqlır. O yaylıq ki, qızın başına bağlanan zaman ona zəriflik, gözəllik bəxş edir. Bu yaylıq xanımlar tərəfində xüsusilə bəyənilir və nişan üzüyündən sonra ən sevilən rəmz halına gəlir.
Bütün bu nişan xonçaları bəzədilməsi hansı formada olurdu deyə soruşsanız əgər – qırmızı lentlə bəzəyirdilər.

Nişan günü yemək süfrəsi olur. Bu süfrədə quş südü əksik olur təkcə. Türklər demiş “çörəklər, börəklər, təamlar”. Ha şah süfrəsi ha nişan süfrəsi, bir fərq görə bilməzsiniz.
Bu süfrədən sonra isə ortaya oğlan evindən gətirilmiş tort verilir. Tələsməyin, nişan tortları hansı formada, hansı ölçüdə olur bunlara baxacayıq.
Tortu yedik, ağzımız ballandı, indi isə keçək əsas məsələyə … Süfrə yığışdırılır və qız yuxarı başda oturur. Qızın qabağına güzgü qoyub şam yandırırlar. Xonçalar qızın ətrafında düzülür. Bundan sonra oğlanın qardaşı arvadı xonçanın üzərinə noğul, şirinlik, nemət atır. Daha sonra isə hərkəsə maraqlı olan hissə gəlir – xonçaların nümayişi. Oğlanın bacısı və ya ən yaxın qız qohumu nişan xonçaları içərisində olan əşyaları nümayiş etdirməyə başlayır. Oturanlar da bu nümayişə baxır və hamısı birliktə “mübarəkdir” deyirlər. Daha sonra isə nişana gətirilmiş ətirlərdən birisi seçilib götürülür və nişana gələb hərkəs ətirlənir. İndi isə keçək nişanda olan bəzi simvollara:
Nişan Mərasimini Bədnəzərdən qalxan kimi qoruyan bəxt güzgüsü
Keçmiş zamanlardan günümüzə gələn bəzi simvolik xatirələr var. Bunlardan biri də bəxt güzgüsüdür. Qız evində nişantaxtı mərasimi zamanı oğlangildən qızgilə adı bəxtgüzgüsü olan güzgü gətirilir. Bu güzgü daha sonra toy zamanı gəlin çırağı ilə qızı müşayət edir. Bu güzgünü tutan şəxs qızın sol tərəfində dayanır. Bu güzgü qırmızı parça ilə əhatələnir və təqribən 60-65 sm hündürlüyündə olur. Bu güzgünü biz müxtəlif mərasimlərdə görə bilərik – paltarkəsdidə, xınayaxdıda, kəbinkəsdidə. Bu mərasimlərdə güzgü evlənəcək qızın qarşısına qoyulur və hər iki tərəfində şam yandırılır. İnanclarda deyilir ki, bu güzgüyə baxan qız “gələcək ağ günlərini” görür və güzgü onu bütün xəta-bəladan, bədnəzərdən, pislikdən qoruyur. Bu güzgünün başqa adları da mövcuddur – gəlinlik güzgüsü, bəxt aynası, nişan güzgüsü, tale güzgüsü.
Bəzi inanclara görə də bu güzgü nişan və ya tey günü qırılarsa pis şeylər ola bilər. Güzgü qırılarsa cütlük tez zamanda ayrıla bilər, ya da onlardan biri ölə bilər. “Allah qorusun” deyib növbəti nişan simvolumuza keçək.
Qızla oğlanı birbirinə bağlanyan əbədi sevginin rəmzi – Nişan üzük xonçası
Göndərilən xonçalar içərisində hə zaman fərlqənən bir xonça olur. Bəli, bu üzük xonçasıdır. Bu gözəl atribut oğlan evi tərəfindən şal və üzük yerləşdirilmiş xonça formasında gətirilir. Bu xonçanı adətən oğlanın əmisi və ya dayısı aparır və xonçaya nabat, noğul, şirinliklər düzülür. Bu adətə daha çox Abşeron toylarında rast gələ bilərik, ancaq bunun fərqli bi üsulu daha var. Limonumuzun, ləvəngimizin vətəni Lənkəran … Lənkəranda üzük balığın ağzına keçirilir və bu formada xonçaya qoyularaq qız evinə aparılır. Mənası isə bərəkət, uğurlu nikah, uzunömürlülük, xoşbəxtlik, səadət arzusu ilə bağlıdır. Bu xonçanın da başqa adı var – nişanbaxtı.
Nə deyək? Nişanbaxtı bəxtinizi açıq etsin!
“Yüksek yüksek tepelere” mahnısından geri qalmayan haxıştalar
Bir çox bölgənin nişan və toylarında eşitdiyimiz deyişmə formalı, halay sayağı rəqslə ifadə olunan “haxışta”larımız. Daha çox Naxçıvan toylarında rast gəldiyimiz haxıştalar adətən 10-12 iştirakçıdan ibarət olur. İki dəstə qabaq-qabağa dayanıb əl-ələ tuturlar və “hodri meydan” deyərək başlayırlar. İfaçılardan biri sonu “haxışta” ilə bitən bayatı oxuyur və digərləri onu müşayət edərək sözü təkrar edərək əl çalıb oynayırlar. Oynaya bilməyən isə sıradan çıxır və seyr edir.
Su gəldi bəndə dəydi haxışta,
Kətil kəməndə dəydi haxışta.
Qardaşım bir yar sevib haxışta,
Bütün bu kəndə dəydi haxışta.

Dadlı, dolu nişan bayramlıqları
Toy olana qədər qızın şəhzadə kimi yaşadığı dövrlər olur. Nişan hədiyyələri, nişan xonçaları, bayramlıqlar …
Ən çox gələn isə sözsüz bayramlıqlar olur. Buna başqa sözlə oğlan evinin ad-sanını ifadə edən güc nümayişi də deyə bilərik əslində. Toya qədər bütün bayramlarda qız evinə bayramlıqlar göndərilir. Sözsüz ki, ən dolu, ən dadlı və ən maraqlısı Novruz bayramlığıdır. Bu hazırlıq oğlan evində xüsusi canfəşanlıqla olur. Hələ əgər evin tək oğlunun və ya tək övladının hazırlığıdırsa – gerisini siz düşünün. Bu bayramlıqlar ya ilaxır çərşənbədə ya da bayran axşamında gəlinə gətirilir. Gətirilən hədiyyələrdə səməninin lenti kimi al-əlvan qırmızı rəngli yaylıq, paltar, və bir zinət əşyası olur. Bundan əlavə qız evinə bəzəkli-düzəkli, başına xına qoyulmuş buynuzlu qoç da gətirilir. Bundan əlavə içi şəkərburalar, paxlavalar, qatdamalar, qoz-fındıq, xurma, innab dolu şamlarla və gözəl səməni ilə bəzədilmiş səbətlər də gətirilir. Əminik ki, Van Qoq Azərbaycanda olsaydı bu xonçaları heyranlıqla rəsm edərdi.
Təbii ki, bu xonçaların içində olan nemətlər də bölgələrimizə görə fərqlənir. Cənub zonasında sizcə xonçanın içərisinə nə qoyulur? Bəli, balıq.
Ucqar dağa bənzər kəlləqənd
Nişan zamanı oğlan evinin xonçalarına kəlləqənd yerləşdirilir. Bu qənd formada keçnişdə olan “şişpapaq”a oxşayır və konus formasında olur. Qız evinə gedən zaman kəlləqənd olan nişan xonçası öncədən hazırlanır və ən qabaqda oğlanın kiçik qardaşı və ya kiçik oğlan qohumu tərəfindən aparılır. Qızgildə o kəlləqəndin aqibəti dəyişir artıq. Dağabənzər kəlləqənd parça-parça doğranaraq nəlbəkilərə yığılır və qonaqların önünə süfrəyə qoyulur. Bəzi bölgələrdə isə bu kəlləqənddən şərbət hazırlanaraq süfrəyə verilirdi. Dadının gözəlliyini təsəvvür edə bilirsiniz mi?
Bu qəndlər on səkkizinci əsrdən başlayaraq şəkər çuğundurundan hazırlanmışdır. Lakin ondan əvvəl şəkər qamışından hazırlanıb ağ sapa düzülmüş bozumtul ya da sarı rəngli nabat parçalarından istifadə edərək konusformalı hədiyyəni hazırlayıblar. Kəlləqəndin adı da bölgələrdə fərqli səslənir – şəkər kəlləsi, kəlləşəkər qənd kəllə, qənd dağı.
İndi isə nişan xonçası neçə cür olur ona baxaq.
Bəyaz xonça – nişan zamanı gətirilən xonça növüdür. Bu xonça qaynana tərəfindən gəlinə gətirilir. Məclisdə gəlin qızlarla oturur və qaynana əlində xonça ilə oynaya-oynaya içəri daxil olur. Gəlir gəlinub qabağına və onun alnından öpərək onu qaldırır ayağa. Xonçanı isə onun oturduğu yerə qoyur. Bu xonçanın üstü kəlağayı və ya al-əlvan saçaqlı şalla örtülür. Xonçaya səməni, rəngli şamlar qoyular. Bu xonçanın həmçinin başqa adları da var – görəlgə, novruzpayı, novruz ovqatı, bayram yemişi. Bu xonçanın gətirilməsinə bəzi bölgələrdə rast gəlmək olar. Bəli, adət-ənələrimizi yaşatmaq istəyən gənclərimiz hələ də var.
Şirniqabağı xonça – bu xonça növünə Quba bölgəsində olan nişanlarda rast gəlmək mümkündür. Nişan zamanı oğlan evindən gətirilən şirni xonçalarının əvəzinə qız evindən şirniqabı xonçaları göndərilir. Bəs necə hazırlanır maraqlıdır? Belə ki, dörd hədiyyə seçilərək bir siniyə düzülür və üzərləri zərli, al parça və yaxud qələmkar süfrə ilə örtülür. Bu dörd hədiyyə isə qırmızı ipək yaylıq, tənbəki kisəsi, araxcın və şəkərbağı olur. Bu xonçaya əlavə olaraq şəkərbura, şəkərtıxma və buna bənzər şirin çörəklər qoyulur. Şirnilərin üzəri xüsusi güllərlə bəzədilib naxışlandığı üçün onlara güllü çörək də deyirlər. Beləliklə biz şirniqabı xonçamızı hazırlamış oluruq.
Qənd paşı – adı bəlkə də bəzilələrinə məlum olmayan ən qədim adətlərimizdən biridir. Keçmişdə qız evinə gedən nişan qabları boş geri qaytarılmazdı. Bu qabların içindəq qız evindən oğlan evinə “qənd paşı” xonçası göndərirdilər. Bu xonçanın içərisində yağlı və dadlı bişirmələr olur – şəkərçörəyi, şəkəbura, fətir və.s. Əgər bu xonçanın içərisində qız evindən qab olsaydı bəs necə? Bu zaman oglan evi bu qabı boş qoymur və içinə bir dəst parça və bir miqdar pul qoyur.

Keçmişimizdəki adət ənələrlə tanış olduq. Bu mövzuda biliyimizi yenilədik. Ancaq bununla bitmir. Axı bizim hər zaman yanımızda olan qardaş ölkə Türkiyə var. Nə deyiblər? ” Bir millət iki dövlət “
Gəlin onlarla bizim oxşar və fərqli nişan adətlərimizə nəzər salaq. Türkiyədə də nişan hər bölgədə fərqli qeyd edilsə də ümümən bizim nişanlarla çox oxşar cəkətləri var. Təbii ki, selfie çəkib gözəl türk sözləri yazaraq İnstagramda paylaşmağı nəzərdə tutmuruq.
Türk nişanlarında ailələr öncədən danışıb razılaşaraq nişanin həri ilə eyni anda olub olmayacağına qərar verir. Məhz bundan sonra əgər ayrı olacaqsa nişan hazırlıqlarına başlanır. İndi isə baxaq bizim nişanlarımızda nə kimi oxşarlıqlar var?
Türk nişanlarında da Azərbaycan nişanlarında olduğu kimi nişan üzükləri taxılan zaman qırmızı lenti ailə böyüklərindən biri kəsir. Kim bu işi görəcəksə ona öncədən xəbər verilir ki, o şəxs öz çıxışını hazırlaya bilsin. Üzüklər və qayçının olduğu padnos öncədən bəzədilir. İçərisinə güllər, şokoladlar qoyulur. Bəzən evlənən cütlüklərin baş hərfi də bu padnosda yazılır. Son illərdə qayçının rəngi xüsusi olaraq qızılı rəng seçilir və bəzən qırmızı lentlə bu qayçı gözəlləşdirilir.
Türkiyədə də bizdə olduğu kimi nişan istəyirlərsə evdə istəyirlərsə zalda keçirilə bilər. Evdə keçirildiyi zaman xüsusi hazırlıqlar başlayır – evin bəzədilməsi, stolun bəzədilməsi, dəvətnamələrin hazırlanması və.s
Bizdən fərqli olaraq türk nişanlarında bəzən süfrədə sadəcə giriş menyusu (pendir çeşidləri, şərab, çərəzlər) , bəzən sadəcə şirniyyat masası (kapkeyklər, tort, paxlavalar) bəzən də bizimkinə bənzər yemək süfrəsi olur. Hamımızın bildiyi kimi yeni avropalaşmış nişan mərasimlərini çıxsaq Azərbaycan nişanlarında masa hər zaman şah süfrəsi kimi bəzədilir.
Türk nişanlarının bəzilərində gəlin maşını kimi bəzədilmiş maşınlara şahid ola bilərik. Qardaş Türkiyədə bu mövzuda ihtişamlı, bəzəkli nişanları sevən kifayət qədər cütlüklər var.
Bizdə olduğu kimi Türkiyədə də nişan çox vaxt qız evi tərəfindən edilir. Gəlinin nişan paltarı oğlan evi tərəfindən alınır, bəyin nişan kostyumu isə qız evi tərəfindən alınır. Dövrümüzdə hər iki ölkədə nişan edən cütlüklər bunlara önəm verməyərək bir-birlərinə yük olmamaq üçün nişan xərcləri üçün birlikdə büdcə ayırır və xoş günlərini əziyyətsiz birlikdə köməkləşərək keçirdirlər.

Azərbaycanlılar ilə türklərin ən oxşar nişan adətləri hansıdır deyə soruşsanız şübhəsiz ki, buna “xonça, boxça” olaraq cavab verərik. Türk nişanlarının əvəzlənməyəcək bir hissəsi olarsa bu xonça mərasimi olar. Türklər bir neçə ay öncə artıq gəlin xonçası bəzəmək üçün alış-verişə başlayırlar. Bu xonçalara adətən gəlin üçün üst geyimlər, alt geyimlər, gecə geyimləri, ətirlər, baxım etmək üçün vasitələr qoyulur. Qəribə olsa da günümüzün bəzi türk nişanlarında xonçanın içində elektronik avadanlıqlar da görəbilərik. Etiraf edin, kim istəməz ki, xonçasında İphone Pro Max olsun?
Bəy üçün hazırlanan xonçalarda isə gecə geyimi, köynək, qalstuk, kəmər, cib dəsmalı, kaşelok olur.

Hamımız türk nişan və toylarında olan pul, qızıl taxılma adətini bilirik. Azərbaycan nişanların bununla qarşılaşmasaq da qardaş Türkiyədə keçirilən nişanlarda bu adət hələ də öz aktuallığını qoruyur. Bə bu hədiyələr nədən ibarətdir? Gəlin nəzər salaq:
Oğlan evi nişanda qıza hədiyyə vermək üçün boyunbağı və sırğadan iibarət göstərişli və qaşlı dəstlər alırlar. Gələn digər qohumların dəst verib verməyəcəyi isə öncədən qərarlaşdırılır. Gəlinə bu dəstdən əlavə 2-3 ədəd də qızıl qolbaq hədiyyə verilir. Daha göstərişli və modern nişanlarda artıq bunları qızıl saatların əvəzlədiyini görə bilərik. Bəyə isə bu hədiyyənin qarşılığında istəsələr göstərişli saat və ya qol düyməsi hədiyyə olunur. Nişan üzüyü seçimi isə bizdə olduğu kimi cütlüklərin seçiminə bağlı olur. Evlilik təklif edildiyi zaman gözəl kəsimə malik olan qaşlı brilliant üzüklə (və ya təkdaş deyə bilərik) bu təklifi taclandıran bəy nişan zamanı sadə bir üzüklə bu mərasimi tamamlayır. Başqa bir alternativ isə evlilik təklifi edilən zaman sadəbir üzük seçib nişanda da həmin üzüyü istifadə etməkdir.
Tarixi adət-ənənələrimizə baxış atıb qardaş Türkiyə ilə oxşarlıqlara baxdıqdan sonra əsas məsələyə keçə bilərik …
Bu hissədən başlayaraq yazımızın davamında sizlərə necə möhtəşəm nişan edə biləcəyiniz haqqında əvəzolunmaz məlumatları yazacayıq!
Yuxarıda da yazdığımız kimi nişan mərasimini kiçik toy kimi təsəvvür edə bilərik. Ona görə ilk öncə toyun harada keçiriləcəyinə qərar verməliyik. Evdə yoxsa zalda? Əgər cavabınız evdədirsə sizin üçün nişan ipuclarına başlaya bilərik:

Dəvətnamə
Nişan və toy mərasimlərinin ən rəngarəng, maraqlı, ayrılmaz olan hissəsi dəvətnamədir. Seçilməsi və yazılması ən çətin iş olan dəvətnamələr müxtəlif formada ola bilər. Kağız formalı, şəffaf kartonda olanlar və.s. Bütün bu dəvətnamələr qiymətlərinə görə də fərqlənirlər. Neon yazılı, özəl məktub formalı, hədiyyə formalı dəvətnamələr günümüzdə ən çox sifariş edilən formalardır.
Dəvətnamələr xətti gözəl olan insan tərəfindən yazılmalıdır. Digər bir variant isə çap zamanı hazır mətni yazıb tamamlanmış dəvətnamə almaqdır. Nişan dəvətnamələri toy dəvətnamələrinə nisbətən daha sadə və göstərişsiz olmalıdır.
Bəzəklər
Hərkəs təxmin edə bilər ki, evdə nişan etmək restoranda nişan etməkdən qat-qat çətin prosedurdur. Üzərinizə böyük məsuliyət düşür. Qonaqlar harda oturacaq? Süfrəni necə bəzəyək? Evin hansı hissəsini dekorasiya edək?
Bütün bu suallarla boğuşmağa başladığınız zaman sizə kim kömək edəbilər? Təbii ki, bizim yazımız! Gəlin planımızı çöldən başlayaraq evə doğru quraraq davam etdirək:
İlk öncə maşınlardan başlayaq. Son zamanlarda bəzi nişan maşınları o qədər şişirdilmiş bəzədilir ki, insan maşına baxanda bayram yumurtası görür sanki. Məsləhət görülür ki, nişan maşınları toydakı gəlin maşınları qədər gözəçarpan bəzədilməsin. Belə olduğu zaman nişanla toyu fərqləndirmək mümkün olmur. Sadə olun, sadəlik zəriflik və gözəllikdir. Nişan Zamanı Toy Saç Düzümləri kimi bahalı stilə ehtiyyac yoxdur.
İndi isə sırada yaşadığımız evin çölünü bəzəmək var. Buna başlamadan öncə bu məkanları bir neçə kateqoriyaya bölə bilərik:
- Həyət evi nişanı
- Bina evində keçiriləcək nişan
Həyət evində keçiriləcək nişanlarda evin bəzədilməsi çox maraqlı olur. Evin çölünə zərlər, güllər asmaq, pilləkənlərə aksesuarlar qoymaq insana ayrı zövq verir. Lakin, bu aksesuarların düzülüşü zamanı diqqətli və zövqlü olmaq lazımdır. Aksesuar seçimində evin formasına, rənginə, ölçüsünə diqqət yetirməliyik. Evin hansı stildə tikildiyi də diqqət yetiməli olduğumuz nüansdır. Bizə keçmişi xatırladan evlərdə şişirdilmiş modern aksesuarların istifadə olunması göz zövqümüzü korlaya bilər. Düşünün sadə bir evə girirsiniz və ətrafında nəhəng dipçəklərdə olan, tropik ərazilərdən gətirilən qəribə güllər var. İçinizdən “Necə də artıq və lazımsız” dediyinizi eşidirik. Bəli, bu cür bəzəklərin yerinə sadə evlərdə əlvan rəngli, orta ölçülü bəzəklərdən istifadə etmək olar. Buna parçalı lent formasında bəzəklər, güllər daxildir. Həmçinin evin çöldən olan rəng çalarlarına xüsusilə diqqət getirməliyik. Unutmayın, siz möcüzələr diyarında olan Alis deyilsiniz. Hər tərəfi rəngarəng etmək məcburiyyətində deyilsiniz. Evin rəngləri açıq şaftlı tonlarındadırsa bu zaman çöldü yaşıl, mavi, turkuaz rəngin qarışığı ilə olan aksesuarlarla bəzəyə bilərsiniz. Əgər tonlar tünd və qapalıdırsa bu zaman ağ, açıq çəhrayı rəngli aksesuarlarsan istifadə edə bilərsiniz.

Nişan əgər bina evində olacaqsa pilləkənlərin kənarlarına rəngli lentlər, parçalı aksesuarlar bağlana bilər. Diqqət edək və həddindən artıq lent bağlayaraq binanın blokunu şadlıq sarayının pilləkənlərinə çevirməyək.
İndi isə gəldik evimizin içərisinə… Evin içərisini bəzəyərkən öncədən diqqət yetirməli olduğumuz nüanslar var. Evin hansı tərəfini bəzəyəcəyik? Yemək stolu hansı tərəfdə qurulacaq? Gətirilən xonçalar hara qoyulacaq?
İlk öncə bilməliyik ki, evin hər tərəfini fərqli bəzəmək məsləhət görülmür. Dekor ekspertlərinin söylədiyinə görə, evi dekor edərkən eyni formalı aksesuarların istifadəsi sizin evinizin gözoxşayan olmasına kömək edir. Bu aksesuarlar divar rənginə də uyğun seçilməlidir. Hər bir halda xoş olmayan görüntünün olmaması üçün ən çox seçilən rəng pudra rəngidir. Bu rəngi siz hər bir rəngə uygunlaşdıra bilərsiniz.
Evin bir köşəsini nişan üzükləri taxılan zaman gözəl şəkil çəkəbilmək üçün öncədən bəzəmək lazımdır. Çox vaxt bunun üçün stolun ətrafını müxtəlif aksesuarlarla bəzəyirlər – işıqlar, oğlanla qızın adları yazılan lövhələr və.s. Bunun üçün evin işıqlı hissəsi seçilir və bəzədilir.

Nişan xonçaları yığılan otağın isə bəzədilməsi çox da əhəmiyyət daşımır, nəticədə bu otaqda hədiyyələr oturacaq qonaqlar deyil.
İndi isə nişan süfrəsi ideyalarına keçək.
Bildiyimiz kimi nişanlarda fərqli konseptlərdən istifadə edə bilərik: yemək süfrəsi, sadəcə şirniyyat süfrəsi, avropasayağı özəl menyusu olan süfrə və.s. Belə olduğu zaman hər bir süfrənin dekoru dəyişir.
Yemək süfrəsi verilən zaman süfrə ilə boşqabların, çəngəl dəstinin rəngi və dekoru bir birinə uyğun olmalıdır. Evin dekoru ümumən gözəçarpandırsa bu zaman süfrədə istifadə olunan qap-qacaq sadə şəkildə seçilərək onu tamamlalıdır. Əgər ev sadə şəkildə bəzədilibsə, bu zaman göstərişli qab-qacaqdan istifadə etmək ən uyğun seçim olacaqdır. Süfrəni bəzəyərkən gül buketləri və şamlarla gününüzü möhtəşəm edə bilərsiniz. Unutmayın, ev sizindir – istədiyinizi ən gözəl şəkildə edə bilərsiniz.
Sırada günün ən dadlı parçası olan nişan tortları hissəsinə keçirik.
Sözsüz ki, böyüklərin də kiçiklərin də nişan zamanı ən çox gözlədiyi hissə lentkəsmə və tortkəsmə hissəsidir. Boşuna deməyib türklər “tatlı yiyelim tatlı konuşalım”. Tortkəsmədən sonra ağızlar ballanır və artıq toy danışıqları aparılmağa başlayır. Bəs tort seçimlərimizi necə edə bilərik? Hansı növ tortlar sifariş etməliyik?
İlk öncə tortun dekorundan başlayaq. Tort üzərində tarix yazılı,”nişanınız mübarək”, “xoşbəxt olun” yazılı, gəlinlə bəyin şəkli olan, güllərlə bəzədilmiş, nişan üzüyü formalı, hər hansı cizgi film cütlüyü olan formada bəzədilə bilər. Lakin, bunlar artıq standartlaşmış ideyalardır. Yenilərinə nə deyirsiniz?
Tortlarınızın yarısı gəlin paltarlı yarısı bəy kostyumlu versiyasını öncədən kompyuterdə dizayn edib nişanınızda bu formada sifariş edə bilərsiniz.

Əgər nişanınızı şadlıq sarayında keçirtsəniz o zaman planları fərqli qurmalısınız.
- Gələn qonaqların sayını öncədən dəqiq olaraq müəyyənləşdirin. Qonaq sayından böyük zal tutulan zaman boşluq yarana bilər və bu nişan diskində gözəl görünməz.
- Nişan zalında süfrələr güllərlə, şamlarla, bitki quruları ilə bəzədilərsə zərif görüntü əldə edəbilirsiniz. Bu zaman zalda olan işıqlar bu dekorların üzərinə düşərək təbii montaj effekti yaradabilər.
- Nişan zalında hədiyyələrin yığılması üçün öncədən ayrı otaq seçilməlidir.
Bütün bunlar tamamlanandan sonra gəlirik nişan boyu bu naı əbədiləşdirəcək olan nisan sekilleri hissəsinə. Bildiyimiz kimi dövrümüzdə sosial media aktiv istifadə olunur və hərbirimiz orada gözəl, uğurlu çəkilmiş şəkillədən istifadə etmək istəyirik. Bu zaman bizim fotoqraflara, kameramana ehtiyacımız olur. Fotoqraq seçərkən onun çəkdiyi şəkillərin sizin tərzinizə uyub uymadığına diqqət yetirin. Hər fotoqraf yaxşı şəkil çəkəbilmir təəssüf ki … Öncədən nişan zamanı verəcəyiniz pozaları müəyyənləşdirin. Nişanlınızla bu pozaları ən az bir dəfə cəhd edin. Nişan həyəcanı ilə uğursuz nisan sekilleri çəkdirməyi heç kim istəməz. Artıq bundan sonra #nişangünü #engagement həştəqləri ilə gözoxşayan selfie’lərinizi paylaşa bilərsiniz!

Və sırada hərkəsin gözlədiyi qiz ucun nisan paltari və oglan ucun nisan paltari bölümünə keçirik.
Gəlin əvvələ bəyləri keçirdək. Bəli, hamımız bilirik ki, onların işi bizimkindən asandır.
Bəylər nişanda jiletli və jiletsiz kostyum seçimi edirlər. Çox vaxt stilistlər tərəfindən nişan üçün jiletsiz, toy üçün isə jiletli kostyum seçimi tövsiyyə olunur. Bu seçimlər təbii ki, zövqə görə dəyişə bilər. Nişan və toy mərasimləri üçün adətən tünd göy, tünd boz və qara kostyumlar üstünlük təşkil edir. Kostyumlar qaroşqalı, xətli, vilur parçalı, damalı ola bilərlər. Arıq bədənə sahib kişilərin açıq rəngli göynəklər ilə bol və qaroşqalı kostyum seçimi etməsi məsləhət görülür. Həmçinin enli zolaqlı kostyumlar da seçim zamanı uyğun ola bilər. Dolu bədənli kişilərin xətli, zolaqlı kostyum seçimi uğurlu hesab olunmur. Vilur parçalı, damalı kostyumlar onlar üçün ideal seçim olabilər.
Qalstuk seçimi zamanı kostyumun tonlarına diqqət yetirmək lazımdır. Çox parıltılı və rəngli, və ya çox mat və rəngsiz qalstuklar görünüşü boğabilər. Qalstuk seçimi zamanı gəlin buketində olan tonlara da diqqət yetirmək lazımdır.
Bəy kostyumunun sol cibində cib dəsmalı da diqqətlə seçilməlidir. Kostyumun üzərindəki naxışlar cib dəsmalındakı naxışlardan fərqlənməməlidir. Bəy ayaqqabısı da kostyumla uyğun olmalıdır. Kostyum matdırsa parıltılı, parıltılıdırsa mat ayaqqabılardan istifadə olunması məsləhət görülür.

Keçək günümüzün ulduzu, şəhzadəsi olan xanımlara!
Nisan donlari, nisan geyimleri, nisan paltarlari, nisan sac duzumleri deyə axtarış edəndə hec də hər zaman özümüzə uygun nəticələr tapa bilmirik.
Paltar seçimi zamanı diqqət yetirməli olduğumuz nüanslar aşağıdakılardır:
- Nişan paltarı çox geniş, gəlinliyə bənzər olmamalıdır. Məkana görə paltar seçiminə diqqət yetirmək lazımdır. Nisan açıq havada keçiriləcəksə bu zaman tüllü, küləkdə dalğalanan paltarlar seçmək ən uğurlu variant olabilər. Əgər nişan restoran daxilində olacaqsa bu zaman balıq quyruğu formalı, xəfif yırtmaclı, şəhzadə paltarı tərzində nişan əlbisələri seçmək olar. Nişan paltarı çox zərli, qaşlı olduğu zaman gəlinin təbii gözəlliyini gizlədə bilər. Ona görə makyaj və saç stilinizə baxaraq paltar seçimi edin. Makyajınız və saç stiliniz sadədirsə nisbətən daha göstərişli əlbisə seçmək sizi tamamlamağa kömək edəcək. Əgər makyaj və sac stiliniz daha rəngli, tünd tonludursa o zaman sadə və qaşsız paltarlar seçmək sizə uyğun olacaqdır.
- Nişana uyğun saç stili və makyaj seçimində diqqətli olun. Öncədən test etmədiyiniz yeni makyaj və saç stillərini risk edib nişanınızda etməyin. Nəticələrin nə olacağını bilmək qeyri-mümkündür əks halda.
- Nişan buketi seçilən zaman fəslə, hava şəraitinə, paltara diqqət yetirmək önəmlidir. Buketlər nə çox yekə nə çox kiçik olmalıdır. Buketdəki güllər çox qarışıq rəngdə olmamalıdır. Gül seçimində açıq və “nude” tonlarına üstünlük verin. Bu rənglər paltarın gözəlliyini kölgələmədən öz möhtəşəmliyini ön plana çəkəbiləcək. Nişan qız ayında olacaqsa qızılgül, zambaq, orxideya çiçəklərinin seçimi uğurlu olacaqdır. Əgər nişan yaz, yay aylarında olacaqsa bu zaman çobanyastığı, yasəmən, dağ çicəkləri olan buketlər hazırlamaq olar.
- Gəlin ayaqqabısı seçimində əsas diqqət mərkəzi onun rahatlığı olmalıdır. Çox hündür dabanlı ayaqqabılar seçmək məsləhət görülmür. Nişanınızda ayaq ağrıları ilə vuruşmaq heç də xoş olmaz. Stiletto tərzi ayaqqabılar hər tərzdə əlbisə ilə uyğunlaşabildiyinə görə bu ayaqqabı seçimini etmək sizin üçün uğurlu olacaqdır. Ən pis halda son ilin dəbi bəzəkli snikerlərdən sifariş edib hazırlada bilərsiniz – rahat və möhtəşəm!
Nisan haqda Tez-tez verilən suallar:
Evdə nişan etmək sərfəlidir yoxda restoranda?
-Dövrümüzdə nişanlar artıq restoranlarda keçirilməyə başlayıb. Yeməklərin hazırlanması, nişandan sonra evin təmizlənməsi işləri restoranda olan nişan mərasimi ilə eyni qiymətə başa gəlir. Restoranda edilməsi sizə rahat olacaq.
Nişan geyimlərinin qiymətləri nə qədərdir?
-Seçdiyiniz əlbisəyə, mağazaya görə dəyişir. Qiymətlər 100 manatdan başyalayaraq 800+ manadək olabilər.
Nisan uzuyu seçimində nələrə diqqət yetirməliyik?
-Gözəl olsa belə əlinizə sıx, dar olan üzükləri almayın. Unutmayın, bu üzüklər ömür boyu sizin barmağınızda olacaq. Ona görə barmağınıza və tərzinizə uyğun üzük seçimi edin.
Nişan tebriği necə yazılmalıdır?
-Nişan təbriki yazdığınız zaman qısa və səmimi cümlələrdən istifadə edin. Yalnız bu zaman hisslərinizi dəqiq şəkildə qarşı tərəfə ötürəbilərsiniz.
Digər etapları planlaşdırarkən sizə kömək olabiləcək linkləri bura yerləşdiririk:
Toy Planı
Mahnılar
Yazımızın sonunda sizə sadəcə bir cümlə deyə bilərik:
“Sevin və sevilin!”

Qızıl Alarkən Nəyə Fikir Verməliyik
Qızılı alarkən nələrə diqqət yetirməliyik? Qızıl hər il "ən çox alınanlar" listində ilk sırada gəlir. Bəs bu alış-veriş hər zaman düzgün edilir mi? Təəssüf ki, xeyr. Alıcılar qızıl aldıqları zaman çox vaxt malın üzərindəki sertifikata və onun əyarına baxırlar....

Yuxuda Toy Gormek
Toya və Nişana İşarə Edən Yuxu Yozmaları Hər birimiz gecə yatarkən başqa bir dünyaya düşürük. Bəzən bu dünyada sonuna qədər qalmaq istəyirik bəzən də tez ayrılmaq istəyirik. Bəli, bugün yuxular və onların nə mənaya gəldiyindən danışırıq! Elə isə buyurun başlayaq...

Xina Bezekleri, Paltarlari, Merasimleri
Xina bezekleriBizə Zəng edin Suallarınızı cavablandıraq +9940502649420Hamımız bilirik ki, Toy və Nişan, əyləncə, xina bezekleri, şənlik deyiləndə ağıla gələn ilk xalqlardan biri bizik - yəni Azərbaycan xalqı. Bütün bu gözəlliklər bizim tariximizin bugünümüzə ötürdüyü...

Toy Ucun Sac Duzumleri
TOY UCUN SAC DUZUMLERİ Toyda diqqət mərkəzində olmaq sözsüz ki, hər bir xanımın arzusudur. Xüsusən də toyun gəlini siz olduqda işlər daha da ciddiləşməyə başlayır. İlk iş internetdə " toy ucun sac duzumleri, saç kesimleri, saç düzümləri, saç hörükləri " və.s bu tipli...

Toy Nişan Ad Günü Bəzədilməsi və Dizayn Aksesuarları Sifarişi
Bizim Xidmətlərimiz Nişan Toy Aksesuarlari Toyların Bəzədilməsi və toy Aksesuarları Nişan üçün evlərin bəzədilməsi, süfrənin bəzədilməsi Açıq havada masaların sifarişi, açıq hava toyları hazırlanması. Ad Günü Bəzəkləri Uşaq ad günləri aksesuarları Şarlar, bəzək...