
TOY UCUN SAC DUZUMLERİ
Toyda diqqət mərkəzində olmaq sözsüz ki, hər bir xanımın arzusudur. Xüsusən də toyun gəlini siz olduqda işlər daha da ciddiləşməyə başlayır.
İlk iş internetdə ” toy ucun sac duzumleri, saç kesimleri, saç düzümləri, saç hörükləri ” və.s bu tipli axtarışları etmək olur. Lakin axtarışlardan sonra bunun heç də asan olmadığını görmək mümkündür. Bu yazıda toy saclari, toy ucun sac modelleri haqqında hərşeyi sizə qızıl məcməyidə təqdim edəcəyik.
İlk öncə keçmişimizə nəzər salaq.
Bildiyiniz kimi Azərbaycan toylarında əvvəllər uzun müddər oxşar saç modellərindən istifadə olunmuşdur. 60-cı illərdə qabarıq Türkan Şoray modəlləri, 70-ci illərdə yenə qabarıq və fərqli saç kesimleri olan modellər, 80-ci illərdə çox nazik qaşları, rəngli makyajı izləyən bol həcmli saç modelləri, 90-cı illərdə yeni topuzlar və s.
Bu saç stilləri keçmişimizin Toy və Nişan ,
Toy Hazırlığı etaplarının tamamlayıcı hissəsi olmuşdur. 80-ci illərdən başlayaraq digər mədəniyyətlərin bizim mədəniyyətlə birləşməsinə şahid ola bilərik. Günümüzdə də bunun təsirini görmək mümkündür.
Günümüzə geri dönək! Bəzəklər , Vagzali.com , Toy Planı, Mahnılar, Qiymətlər .. Bütün bu sözlər tanışdır elə deyilmi? Bəli, çünki siz hal-hazırda toy planı qurursunuz və saç modelinizi tapmaq üçün bizim yazımızı oxuyursunuz. Elə isə arxaya yaslanın və bir fincan kofe alaraq yazını oxumağa davam edin!

Gələk istədiyiniz saç düzümünə. Saçınızı topuz etdirmək istəyirsiniz? Yoxsa yumuşaq dalğalı forma sizin zövqünüzə uyğundur? Və ya saç hörükləri sizin üçün ideal formadır? Toy üçün saç düzümləri sonsuz saydadır! Lakin ….. Saç düzümləri haqqında qərarınızı vermədən öncə vacib olan bəzi məqamlar var. Bunlar toydan öncə, toy ərzində diqqət yetirməli olduğunuz nüanslardır. Aşağıya baxaraq bunlara ətraflı nəzər salın:
-
Əlbisələrin tərzi
-
Hava proqnozu
-
Saçın forması
-
Aksesuarlar
-
Üz quruluşu

Paltarın tərzi
Saç modellerii əlbisələrlə rəbaqət aparmamalıdır. Əgər toyun gəlini sizsinizsə, gəlinliyiniz sadə formadadırsa saç stilinizi daha mürəkkəb, qarışıq formada edəbilərsiniz. Bu saç düzümləri topuz, saç aksesuarları ilə tamamlanmış müxtəlif formalı stillər ola bilər. Gəlinliyiniz sadə olduğu üçün bu saç stili sizin ən gözəl model kimi görünməyinizə səbəb olacaq. Düşünün, kim toyunda model kimi görünmək istəməz?
Əgər gəlinliyiniz və ya əlbisəniz bəzəklərlə, işıltılı detallarla doludursa bu zaman daha incə amma zərif bir model düşünməlisiniz. Bu zaman yumuşaq dalğalardan, tac formalı saç modellərindən istifadə edə bilərsiniz. Bu sizin gözəlliyinizə gözəllik qatacaq və toyunuzda “cool” görünməyinizə kömək olacaq

Əlbisənizin möhtəşəm kürək dekoltesi varsa bunu ön plana çəkmək üçün yandan at quyruğu və ya hörük forması seçə bilərsiniz. Bu zaman istifadə olunan aksesuarlara diqqət yetirmək lazımdır. Lazımsız istifadə olunan aksesuarlar saç stilinin bəsit görünməsinə səbəb ola bilər.
Əsas olaraq əlbisənizə və şəxsi tərzinizə uyğun saç modelleri seçmək məqsədə uyğundur. Unutmayın, əsas olan tərzinizi tamamlamaqdır.
Hava proqnozu və Toy Ucun Sac Duzumleri
Hərkəsin kabusu olan hava proqnozu .. Ölkəmiz bu cəhətdən ilk sıralarda ola bilər. 2 gün içərisində hava günəşdən küləyə, istidən yağışlı və soyuq havaya keçə biləcəyinə görə toya hazırlıq zamanı mütləq hava proqnozuna diqqət yetirmək lazımdır. Toy sərin havada və qapalı məkanda keçiriləcəksə bu zaman möhtəşəm buklelər və ya buruqlarla bəzədilmiş saç modelleri sizin ulduz kimi parıldamağınıza kömək edəcək. Bu zaman istədiyiniz ən mürəkkəb modeli belə seçə bilərsiniz. Lakin toyunuz isti və nəmli olan bir məkanda keçirilsə istədiyiniz saç modelleri heç də mümkün olmayacaq. Bu halda qabarıq formalı saç düzümü seçmək sizin üçün ən uyğun variant olacaq. Qabarıq saç modeli seçməklə qıvırcıq saç modelinizin kürəyinizə yapışması və buklelərinizin dağılması qorxusunu düşünməyəcəksiniz. Təcrübəli stilistlər taparaq onların köməyi ilə saçın istiyə və nəmə qarşı dayanıqlı olmasını üçün tədbirlər görmək mümkündür.
Saçın forması
Hər birimiz müxtəlif programlarda gördüyümüz saç stillərinə aşiq ola bilərik. Bu saç stilləri illərlə ağlımızda qala bilər və bir gün toyumuzda bunu etmək istəyərik. Lakin unutduğumuz, önəm vermədiyimiz bir nuans var .. Saçımızın forması. Toy ucun sac duzumleri seçərkən saçımızın formasına xüsusilə diqqət yetirməliyik. Saçınız uzundur və ya qısadır? Dalğalıdır, buruqdur, düzdür? Bunlara uyğun saç stilimizi seçməsək çox gözəl gəlinliyimiz, makyajımız olsa belə bizim xoş olmayan görüntüdə olmağımıza səbəb ola bilər. Elə buna görə də aşağıda sizlərə müxtəlif saç formaları üçün saç modelləri təqdim edəcəyik:

-
Qisa sac duzumleri toy ucun
-
Uzun saçlar üçün saç düzümleri
-
Dalğalı saçlar üçün saç düzümleri
-
Buruq saçlar üçün saç düzümləri
-
Həcmli saçlar üçün saç düzümləri
-
Həcmsiz saçlar üçün saç düzümləri
Qısa saçlar üçün Toy saç düzümləri
Xanımların çoxu qısa saçlar üçün saç düzümlərinin az olduğunu düşünür. Lakin bu fikir tamamilə yanlışdır. Qısa saçlı xanımlar dalğa, buruq, hörük – istədikləri hər formanı öz saçlarında görə bilərlər. Qısa saçlı xanımlar müxtəlif ölçülü saç dalğası edən fenlərlə zərif və havalı dalğalar edərək gözəl aksesuar ilə bu tərzi tamamlaya bilərlər. Bu dalğaları tac formalı saç hörüyü tamamlaya bilər. Zərif, dolğun hörüklər də qısa saçlı xanımların sevdiyi modəllərdən biridir.
Əgər saç kəsimindən razı olmayan qısa saçlı xanımlar varsa ən pis halda qaynaqdan istifadə edərək bu narahatlığı aradan qaldıra bilərlər.

Uzun saçlar üçün saç düzümləri
Demək olar ki, bütün saç düzümlərinin kstifadə oluna biləcəyi sač forması .. Lakin diqqət etməli olduğumuz bəzi məqamlar var. Buruq, dalğalı və düz formada olan uzun saç düzümlərinin hər birinin öz saç modelləri var. Düz formalı uzun saç modellərinə istənilən saç düzümünü etmək mümkündür. Buruq və dalğalı formalı uzun saçlarda hörüklər, aksesuarlı saç düzümləri öz gözəlliyini hissetdirir.
Dalğalı saçlar üçün Toy saç düzümləri
Dalğalı saçlarda bəzən heç bir saç modelinə ehtiyac olmur. Saçın təbii formasının gözəlliyi onun özünü bir saç düzümü halına gətirir. Düzgün balzam və kremlərlə yuyulduqdan sonra bu saç formasının özü dalğaların gözəlliyi ilə insanı valeh edir. Müxtəlif aksesuarlar ilə bu gözəlliyi tamamlayaraq toydakı bütün gözləri öz üzərinə çəkmək mümkündür.
Bir model seçmək lazım gəlsə bu zaman hörüklərdən, arxada bağlanan topuzlardan istifadə etmək bu saç üçün ən uyğun formadır
Buruq saçlar üçün saç düzümləri
Buruq saç düzümünə sahib olan xanımlar çox vaxt fərqlilik olsun deyə saçlarını düzləşdirərək öz gözəlliklərindən şübhə edirlər. Lakin bu verilmiş ən yanlış qərarlardan ola bilər.
Buruq saçlı xanımlar aksesuarlar vasitəsilə çox gözəl saç modellərindən istifadə edə bilərlər. Çiçəklərlə, dəniz ulduzu formalı aksesuarlarla bəzədilmiş buruq saçlar gecə parlayan ulduzlar kimi gözəl görsənə bilər. Seçilmiş əlbisənin bəzəklərinə toxunaraq pozulmaması üçün buruqsaçlı xanımlara saç modeli seçərkən xüsusilə diqqətli olmaq lazımdır.

Həcmli saçlar üçün saç düzümləri
Həcmli saçlar üçün saç modəlləri kifayət qədər çox və gözəldir. Əlavə hecm vermək kimi bir problem olmadığına görə bu saçlara istədiyiniz formanı verə bilərsiniz. Bu zaman diqqət edilməli olan bəzi məqamlar var. Həcmli saçlara saç düzünü seçildiyi zaman üz quruluşuna diqqət yetirmək lazımdır. Saç düzümü çox havalı olarsa bu xanımın olduğundan daha çəkili və yaşlı görünməsinə səbəb ola bilər.

Həcmsiz saçlar üçün saç düzümləri
Həcmsiz saçlar günümüzdə bir çox xanım üçün problem olsa da bu artıq həll olunmuş bir məsələdir. Həcmsiz saçların həcmli görünməsi üçün daraqla həcm vermək, həcm verici aksesuarlardan istifadə etmək, əlavə saç qaynağı etmək mümkündür. Topuz, səbət formalı saç stillərinin seçilməsi bu xanımlar üçün ən uyğun formadır. Həcmsiz saçları olan xanımlar qəti şəkildə enli, qalın dişləri olan broşlardan, saç aksesuarlarından istifadə etməməlidirlər. Bu zaman aksesurlar onlarda kobud və narahat görüntü yarada bilər.
Toy ucun Sac Duzumleri ve Aksesuarlar
Saç düzümünün ayrılmaz hissəsi nədir deyə sual verilsə sözsüz ki, bunun cavabı aksesuarlar olar.
Bəs aksesuar seçimləri necə olmalıdır?
Gəlin birliktə baxaq!
Toyda iştirak edən xanımların – xüsusilə də gəlinlərin saçları aksesuarlar ilə tamamlanır.
Günümüzdə toyların fərqli konsepsiyaları olduğuna görə saç düzümləri də bu konsepsiyanın bir parçası olaraq formalaşır.
Bu konsepsiyalar hansılar ola bilər?

Dənizkənarı toylar – əgər toyunuzu dənizin sahillərində etməyi düşünürsünüzsə saçınızda aksesuar olaraq mütləq çiçək çələngindən istifadə etməlisiniz! Bunu bu qədər əminliklək deməyimizin səbəbi var. Çiçəklər məkanın atmosferinə uyğun olaraq elə gözəl bir ahəng yaradacaq ki, bu zaman siz də bu ahəngin gözəlliyinə heyran olacaqsınız. Gəlin saçının arasına taxılan çiçəklərlə təbii və zərif görüntü yaratmaq mümkündür. Saçınıza taxılan güllərin rənglərinə və ölçüsünə xüsusilə diqqət yetirmək lazımdır. Bu güllər gəlin buketindən çox fərqlənəcək rəngdə olmamalıdır. Çələngin ölçüşü onun görünüşün papağa oxşamaması üçün orta və kiçik ölçülərdə olmalıdır.
Restoran toyları – Restoranda yay fəslində toy edənlər zərif qaşlı, parıltılı taclardan istifadə edə bilərlər. Qaşlı və ya qaşsız, bu taclarla bəzədilən saçlarla siz şəhzadə kimi görünəcəksiniz. Saç aksesuarını seçərkən saçların rənginə də diqqət yetirmək lazımdır. Saç rənginə və modelinə uyğun olan tacı saç stilisti ilə seçmək sizə çox kömək olacaq.
Modern saç broşları – Bildiyimiz kimi əsrimizdə hər cür gözəlliyi görüb əldə edə bilərik. Kiçik bir detal kimi görünsə belə buna saç broşları da aid ola bilər. İndi isə meşə, açıq hava toyu edəcək olanlar bura gəlsin! Saçlarınızın arasına taxdığınız yarpaqları xatırladan saç broşu ilə siz ətrafızdakıların baxışlarını üzərinizə çəkə bilərsiniz. Broşu istəsəniz topuzun altına, istəsəniz də kənarına taxa bilərsiniz. Xüsusilə topuz modelinə çox yaraşan bu broşların birliktə ahəng yaradacağına tamamən əminik!
Təbii toxunuşlar – Hovuz kənarında, oteldə toy etməyi düşünənlər üçün təbii toxunuş kimi görsənən balaca muncuqlu, qaşlı aksesuarlar olduqca əvəzsizdir. “Zəriflik, sadəlik gözəllikdir” fikri ilə yola çıxaraq bu aksesuarların xüsusilə hörük modelləri üçün çox uyğun olduğunu bilməlisiniz. Həmçinin açıq saç modelləri ilə də çox uyğun olan bu aksesuarlar şişirdilən modellərdən uzaqlaşıb daha təbii və elegant görünmənizə kömək edəcək.

Üz quruluşu və Saç Kəsimləri
Hər xanım toyunda ən gözəl görünüşü ilə olmaq istəyər. Buna toya gələn xanım qonaqlar da daxildir. Bunun üçün saç modelləri düzgün seçilməlidir. Başlıqdan da başa düşdüyünüz kimi bu hissədə üz formasına uyğun saç modəllərinə nəzər salacayıq.
Oval üz üçün Saç Kəsimi- ümumən çox insanın sahib olduğu üz formasıdır. Bu üz formasında üzün uzunluğu genişliyindən daha çoxdur. Oval üz formasına sahib olan insanlar saçlarına forma vermək mövzusunda rahat davrana bilərlər. Bir çox saç modeli bu üz formasına sahib insanlara yaraşacaq. Topuz, açıq saç ən çox seçilən saç düzümləridir.
Yumru (yuvarlaq) üz üçün Saç Kəsimi – dolğun yanaqlara və çox da bilinməyən üz sümüklərinə maliksinizsə böyük ehtimal ki, yuvarlaq üz cizgilərinə sahibsiniz. Bu üz formasında üzün genişliyi ilə uzunluğu demək olar ki, eynidir. Bu üz formasında olan insanlara buruq saç düzümləri çox yaraşacaq. Saçların yığılmasını istəyirsinizsə yuxarı doğru olan həcmli modəllərdən birini seçə bilərsiniz. Uzaq durmalı olduğunuz saç modelləri isə qısa saç, kare saç, çolka kəsimləridir. Çünkü qısa saç və çolka kəsimləri üzünüzün kənarlara doğru daha geniş görünməsinə səbəb olabilər. Saçlarınızı açıq qoymaq istəsəniz ortadan ikiyə ayırıb dalğalı saç modeli seçə bilərsiniz. Əlavə olaraq yarım topuzlardan istifadə edərək möhtəşəm görüntü yarada bilərsiniz.
Dördkünc formalı üz – dördkünc formalı üzlərdə də üzün uzunluğu genişliyi ilə eyni ölçüdədir. Dördkünc üzlərdə cizgilər yuvarlağa nisbətən daha kəskin və gözəçarpandır. Kəskin üz cizgilərini yumuşaq göstərmək üçün qat-qat kəsimlərdən istidadə olunur. Bu kəsimlərin köməyi ilə üzünüzü oval formada göstərə bilərsiniz. Saçların incə bantlarla tamamlandığı at quyruğu formalarından da istifadə etmək uyğun seçimdir.
Dördkünc formalı üz – dördkünc formalı üzlərdə də üzün uzunluğu genişliyi ilə eyni ölçüdədir. Dördkünc üzlərdə cizgilər yuvarlağa nisbətən daha kəskin və gözəçarpandır. Kəskin üz cizgilərini yumuşaq göstərmək üçün qat-qat kəsimlərdən istidadə olunur. Bu kəsimlərin köməyi ilə üzünüzü oval formada göstərə bilərsiniz. Saçların incə bantlarla tamamlandığı at quyruğu formalarından da istifadə etmək uyğun seçimdir.
İndi sizlərə toyunuzda qüsursuz görünməyiniz üçün bəzi məsləhətlər vermək vaxtıdır!
- Toydan öncə stilistinizlə danışaraq sınaq günü təyin edin. Bəyəndiyiniz sač stilinin sizə yaraşıb yaraşmayacağını bilməyiniz üçün stilistinizlə bunu öncədən test etməlisiniz. Bəzi saç modelləri sizin üçün ideal olsada da onu test etdikdən sonra “aman tanrım, necə bərbad görünürəm” deyə bilərsiniz. Saçınız bütün gün olduğu formada qalabiləcək? Seçdiyiniz model şəkildəki kimi həcmli və füsunkardır? Bəyəndiyiniz model üz formanıza uyğundur? Toydan öncəki gün toy günü son saniyədə stresə girməmək üçün əvvəlcədən test etmək hər zaman kömək olacaq!
- Fərqli modellərlə stilinizin və özünüzün fikirlərini bulandırmayın. Öncədən sizə uyğun olmayan saç stillərini siyahıdan çıxarın.
- Toyunuza bir neçə gün qalmış saçınızı kəstirməyin, boyamayın. Bəzən saç kəsimləri uğurlu alınmır və xanımın ən xoşbəxt günündə pis hissetməsinə səbəb olur. Həftələr öncədən saçların sağlam görünməsi üçün uc hissədən 2-3 sm kəstirmək kifayət edir. Kəsim bəyənilməsə belə bir neçə həftəyə kəsilən uzunluqda əvvəlki halına qayıda bilər. Saçların rənglənməsinə də xüsui diqqər yetirmək lazımdır. Saç boyası seçimi heç də hər zaman uğurlu olmur. Saç renkleri tamamilə fərqli seçimdə dəyişilməməlidir. Sarışın biri anidən əsmər ya da əsmə biri anidən sarışın olduğu zaman ortaya xoşagəlməz hallar çıxa bilər. Bəyənilməsə yenidən dəyişilməsi üçün saç boyası da həftələr öncə seçilməli və tətbiq olunmalıdır.
- Toya gələn digər xanımların gəlinin saç stilinə bənzər modellərdən istifadə etməməsi məsləhətlidir. Sizlər gəlini kölgədə qoymağa yox onun yanında olmağa, onu dəstəkləməyə gəlirsiniz.
- Toyda iki fərqli saç stilindən istifadə etsəniz bunları xüsusi diqqətlə seçin. Seçilən saç modellərinin düzəldilməsi arasında olan vaxt maksimum on beş dəqiqə ola bilər. Toyun yarısını stilistlə tək başına keçirməyi hansı gəlin istəyər?
- Sizə uyğun stilist seçimini aylar öncədən edin. Toyunuzda saç stilində professional işləyə bilməyəcəyini düşündüyünüz, illərdir getdiyinizə görə eyni stilistin yanına getməyin. Unutmayın toy günü ən xoşbəxt siz olmalısınız!
Son olaraq ən önəmli, bilməli olduğunuz həqiqət:
Özünüzə qarşı dürüst olun!
Toyunuzun sizin gününüz olduğunu unutmayın. Sizi nəyin xoşbəxt, gözəl, rahat hissetdirəcəyinə qərar verin. Nəticə etibarilə toylar “Victoria Secret fashion show” deyil, xoş gününüzü paylaşmaq üçün yığıncaqdır. Sadə və zərif görsənmək üçün şişirtmə heçnəyə ehtiyac yoxdur. Gözəllik qurban tələb edir, ancaq toy günü heç kim qurban olmaq istəməz! 🙂
Toy İlə Bağlı Tez-tez verilən suallar:
Toy üçün saç düzümü neçəyə başa gəlir?
Cavab: Saç düzümü adətən 30-50 manat arası dəyişir. Amma şəhər mərkəzində bu qiymət 80 manatadək ola bilər. Gəlin üçün saç düzümü isə 200 azn-dən başlayaraq 800 azndək ola bilər.
Toy üçün ən uyğun saç düzümünü necə tapa bilərik?
Cavab: Yazımızı diqqətlə oxuduqdan sonra Pinterest, We heart it kimi tətbiqlərdən istifadə edərək müxtəlif saç modelləri ilə tanış ola bilərsiniz.
Saçlar toy günü yuyulmalıdır?
Cavab: Məsləhət görülür ki, toydan 1 gün öncə saçlar balzamlanaraq yuyulsun. Saçların toy günü yuyulması onun şişməsinə, formasını itirməsinə səbəb ola bilər.
Duvaq taxmaq məcburidir?
Cavab: Xeyr. Saç stilinizdə istifadə olunan aksesuarlar saç modelinizi tamamlaya bilər. Duvaq zövqə və istəyə bağlıdır.