Toy Paltarları – Sizə uyğun Toy Paltarını Seçməyin 5 üsulu.
Toy hazırlığı nədən başlayır? Bu suala hər kəs fərqli cavab verə bilər. Amma Azərbaycan Toylarının ən mühüm simvollarından biri Toy Paltarlari – Bəyaz Gəlin Geyimidir. Və hər bir Gələcək gəlinin ən böyük arzusu Toy günü inanılmaz gözəl geyimdə sevdiyi şəxs ilə rəqs etməkdir.
Toy hazırlığı toy paltarı seçimindən başlayır.
Toy paltarlari necə seçilir? Bugünkü toy paltarlarinin min bir çeşidi olsa da onların birləşdirən bir ümumi cəhət var. Gəlinlərin geyindiyi toy donlari əsasən ağ rəngdə olur. Bu məqalədə sizə Azrəbaycanda ən yaxşı toy geyimlərini haradan və necə əldə etmək üçün məsləhətlərimizi verəcəyik.

Bəylik geyimi
Toy geyimleri dedikdə toy mərasimində bəyin və gəlinin geyindiyi paltarlar nəzərdə tutulur. Ənənəyə görə, toy gecesi mərasimində bəy tünd rəngli kostyumda, gəlinsə ağ paltarda olur. Gəlin üçün paltar seçmək necə çətindirsə, əmin olun ki, bəy üçün də bu seçim əsl məşəqqətdir. Xüsusən indiki dövrdə – çeşid bol olsa da zövqlər müxtəlifdir, durmadan inkişaf edən moda sənayesi isə hər mövsüm üçün yeni modellər, yeni variantlar təklif edir. Necə ki, vaxtilə toy mahnıları yalnız milli idi daha sonra müasirləşdi – Heç kəsə sirr deyil ki, indi gənclərin geyim tərzi dəyişib.
İllər boyu gündəlik həyatda da kostyum geyinən kişilər indi köhnə stereotipləri qırıblar. Çağdaş insanlar gündəlik həyatda əsasən sport üslubunda geyimlərə üstünlük verirlər. Belə tərzə adət edənlər üçünsə kostyum geyinmək böyük bir stressdir.
Bəylik kostyumu seçən zaman nəzərə almaq lazımdır ki, bəyin kostyumu ilə gəlin donu eyni stildə olsun. Yəni bəylə gəlinin toy geyimleri mütləq bir-birinə uyğun olmalıdır. Klassik stilli gəlinlik donu ilə klassik üçlü kostym yaraşar. Bəylik kostyumunun rəngi mövsümə uyğun olaraq dəyişə də bilər. Məsələn toy yay mövsümünə təsadüf edirsə, bəylik kostyumu ağ və ya mavi ola bilir.

Gəlinlik geyimi – Ən Gözəl toy Geyimləri
Bəydən fərqli olaraq gəlinin seçəcəyi toy paltarlari qızın normal həyatdakı geyim tərzinə uyğun olmaya da bilir. Çünki qızların böyük əksəriyyəti ta uşaqlıqdan klassik gəlinlik donu geyinmək arzusu ilə böyüyür və nə qədər absurd görünsə də bəzən ailə qurmağı elə məhz gəlinlik donu geyinmək üçün arzulayırlar.
Gəlinlik donlarının tarixçəsi
Adətə görə, gəlinlik paltarı almaq oğlan evinin öhdəsinə düşür. Ötən əsrin əvvəllərində toya 1-2 gün qalmış oğlanın anası-bacısı gəlib qızı bəzəyərdilər. Qız başdan ayağa qırmızı geyinməliydi. Toy paltarı məxmər, ipək və ya zərxara parçalardan tikilirdi. Qolları yelpazə olan köynək yaxası dar və pullu olub belə qədər bütöv olurdu, bel hissəsindən 3 yerə- iki yandan və öndən yarıqlara ayrılan köynəyin ətəkləri də dəmir pullarla bəzədilirdi. Ətək isə olduqca geniş, üzəri əl işləməli, təbii naxışlarla zəngin olurdu. Köynəyin ətəkləri uzun gəlin ətəyinin üzərindən aşığıya doğru uzanırdı, gəlinin belini qırmızı və enli qurşaq bəzəyirdi, qurşağın üzərində gəlin yeridikcə cingildəyən dəmir pullar düzülürdü.
Toyunuza Müğənni seçimində çətinlik çəkirsiniz – Biz sizə ən son Toy Müğənniləri qiymətləri verəcəyik, sizin yerinizə Müğənni ilə danışacaq və Toyunuz və ya Digər tədbiriniz üçün İstədiyiniz Müğənnini 20% endirimlə əldə edəcəyik.


Sadə toy paltarlari – Qısa tərz toy geyimləri
İndi toylarda qırmızı geyinən olmasa da gəlinlərin bellərinə bağlanan qırmızı lent qədim adətin bizə gəlib çatan elementidir. Günü bu gün də həmin lenti gəlinin belinə oğlanın qardaşı və ya yaxın bir oğlan qohum bağlayır. Düzdür, dövrümüzdə qızların çoxu bu adəti köhnəlmiş hesab edir, qəti şəkildə belinə qırmızı bağlamaq istəmirlər.
Ənənəyə görə, əgər qardaş gəlinin belinə qırmızı qurşaq bağlayırsa bu o deməkdir ki, qızın namusuna, bəkarətinə və tərbiyəsinə bir növ zəmanət vermiş olur. Atanın, qardaşın bağladığı qırmızı qurşağı gəlinin belindən yalnız gələcək həyat yoldaşı aça bilər.
Dünyanın min yerində toy üçün donlar
Gəlinlik paltarları ve Toy havasi ilə bağlı hər ölkənin öz ənənəsi olub. Məsələn, Fransada belə hesab edirdilər ki, əgər qız bənövşəyi rəngdə gəlinlik geyinsə, əri onu bütün ömrü boyu sevəcək. İrlandiyada isə qızlar istisnasız olaraq yaşıl gəlinlik geyinərmişlər. Orada bu rəngin xoşbəxtlik gətirəcəyinə inanarmışlar. Ağ rəngli gəlinliklərin nə zamandan istifadə olunması ilə bağlı iki fərziyyə var.
Qaynaqlara görə, XVII əsrin ortalarında şahzadə Viktoriya toya ağ rəngli paltar geyinib. Bu hadisədən sonra bütün qadınlar onu təkrarlayıblar.
Başqa fərziyyəyə görə isə, ağ paltarı dəbə salan Fransa kralı XIII Lüdovikin xanımı Anna Avstriyskaya olub. Tarixi mənbələrdə deyilir ki, onun paltarı necə qəşəng olubsa, Fransanın ali təbəqəsini təmsil edən bütün qadınlar özlərini şahzadəyə bənzətməyə başlayıblar. Daha sonralar bu dəb İspaniya, İngiltərə və Portuqaliyaya keçib.
Qədim Romada toy gəlinliklərin rəngi sarı olub. Orta çağlarda isə gəlinliyin rəngi məsələsinə o qədər də fikir vermirdilər. Parçanın keyfiyyətli daha önəmli idi. Hər kəs ən yaxşı paltarlarını geyinirdi, rəng də hər kəsin öz seçiminə görə idi. Ağ gəlinlik adətinin dəbə düşməsi XVI yüzillikdə olmuşdur. Bu illərdə kral ailəsi gəlinlərinin gümüşu rəngdə gəlinlik geyinmələri ənənə idi. Sonradan ağ gəlinlik donlari dəbə gəldi. Ingilis və fransız elitası ağ rəngi məsumiyyətin simvolu kimi dəyərlndirdilər. Əxlaqi baxımdan bakirəlik evliliyin əsas şərti olduğu üçün ağ gəlinlik adəti yayıldı. Belliklə, ağ gelinlik gənc qızların bəkarətlərini cəmiyyətə elan etmələrinin vasitəsinə çevrildi.


Bakida en gozel toy paltarlari – bazar qiymətləri
Bazara çıxarılan bütün məhsullar kimi gəlinlik donlraının da qiyməti fərqli olur – 300 manatdan 10000 manatadək.
Qiymətlərə təsir edən əsas amil gəlinliyin materialı və üstündəki aksessuarlardır. Gəlinlik donları həmçinin ailənin xarakterinə görə də fərqlənir. Cütlüyün həyata baxışından asılı olaraq donlar standart və ya qeyri-standart, uzun və ya qısa, dekolte və ya qapalı tərzdə ola bilir.
Bu gün daha çox arxası uzun, eyni zamanda çıxarıla bilən şlefli modellərə daha çox üstünlük verilir. Bu modellər həm görünüşü, həm rahatlığı ilə diqqət çəkir.
Gəlinliyin hansı ölkədən gətirilməsi də qiymətə təsir edir. Maraqlıdır, satış yerlərində yerli dizaynerlərin əl işini görmək demək olar ki, mümkün deyil. Bir qayda olaraq toy paltarları baha başa gəldiyindən son zamanlar ailə quranların çoxu gəlinlik donunu kirayələyirlər.
Əvvəla cəmi bir gün geyinilən toy paltarına çox adam böyük pul xərcləmək istəmir. Digər tərəfdən paltar alan adam onu bir ömür saxlayır, bu da şifonerdə müəyyən hissənin tamamilə tutulması deməkdir. Bu kimi səbəblərdən cütlüklərin çoxu kirayə paltarlara üstünlük verirlər. Toy donlarının icarəsi bugün populyar biznes növlərindən birinə çevrilib.

Dəbə uyğun toy donlari
Bizdə toy geyimlerinin modası elə də tez-tez dəyişmir. Adətən gəlinlər ağ uzun donlara üstünlük verirlər – enli geniş ətək, yaxud ampir stili, yaxud da su pərisi stili. Və mütləq krujeva, lentlər, muncuq-cuncuq, gül-çiçək. Əsasən gelinlik donlari hər kəsdə eyni cür olur, dəyişən yalnız zövqə uyğun xırdalıqlardır.
Gəlinin baş örtüsü – fata
Orta əsrlərdən üzü bəri bizdə gəlinin üzü örtülü olub. Qızın başına salnan qırmızı örpək onun üz-gözünü də gizlədirmiş. Tarixi mənbələrə görə bu qırmızı rəng bizim ilkin atəşpərəstlik ənənəmizin nişanəsidir. El-obanın nəzərində, bu rəng od-alovun rəmzi olaraq bütün şər qüvvələrini insandan uzaqlaşdırıb zərərsizləşdirən qoruyucu bir vasitə, etibarlı bir sipər sayılıb.
Yüz illər keçsə də gəlinlər indi də həmin baş örtüsünün bir hissəsilə saçlarına bəzək vermiş olurlar. Qaydaya görə, qızlar başlarına fata taxırlar. Fatalar da dəbə uyğun dəyişir. Bir qayda olaraq fata gəlinlik donunun ümumi stilinə uyğun olur.


Ən qeyri-adi gəlinliklər
Dünyadakı qeyri adi gəlinlik donlarından birinin qiyməti 1,5 milyon dollar dəyərindədir. Bu libas tovuz quşu lələklərindən hazırlanıb. Dizayner Vera Vonq bu geyim dəsti üçün 2009 tovuzquşunun lələklərindən istifadə edib. Xarici mətbuatda yer alan məlumata görə Cennifer Lopes Ben Affleklə ailə quranda həmin paltarı almaq istəyib. Amma almayıb. Heyvan hüquqlarının müdafiəçiləri necə hay-küy salıblarsa aktrisa bu fikrindən daşınıb.
Viktoriya Bekhemin 1999-cu ildə geyindiyi gəlinlik donu da bugünəcən ən yaxşı dizayn işlərindən biri kimi təqdim olunur. Bu da dizayner Vera Vonqub əl işidir. Viktoriya hələ də gəlinlik donunu əzizləyib saxlayır. Bu işdə məşhur ulduzun niyyəti də var. Viktoriya Bekhem istəyir ki, qızı Harper ailə quranda həmin donu geyinsin. Xatırladaq ki, don 100 min dollara başa gəlib.
Bu gəlinlik donunun qiyməti isə 12 milyon dollardır. Don dizayner Rene Ştrausla zərgər Martin Katsın zəhmətinin məhsuludur. Günü bu gün bu paltar dünyadakı ən bahalı gəlinlikdir. Mütəxəssislər dona 12 milyon dollar qiymət qoyublar. Don 150 karatlıq brilyant qaşlarla bəzədilb. Hələ ki bu donu almağa heç bir bəyin pulu çatmayıb.
Dünya məşhurlarından bəziləri toy mərasimlərində tamamilə ənənələrə zidd seçim eləyiblər. Məsələn Merilin Monro ikinci dəfə ailə quranda ağ don əvəzinə adi qəhvəyi əlbisə geyinib. Əlbisəyə yaraşıq verən ağ yaxalıq olub.


