Qızılı alarkən nələrə diqqət yetirməliyik?
Qızıl hər il “ən çox alınanlar” listində ilk sırada gəlir. Bəs bu alış-veriş hər zaman düzgün edilir mi? Təəssüf ki, xeyr.
Alıcılar qızıl aldıqları zaman çox vaxt malın üzərindəki sertifikata və onun əyarına baxırlar. Ancaq bu təbii ki, həmişə qızılın təmiz, saxta olmadığı zəmanətini vermir. Günümüzdə saxta qızılların satışı ilə bağlı hallar yayılmışdır. Buna səbəb isə qızılın əldən, bazardan və lombarddan alınması misal göstərilə bilər. Belə yerlərdə qiymətlərin ucuz olmasına görə alıcılar saxta qızıl almaq riski ilə qarşı qarşıya qala bilərlər.

Ölkəmizdə qanunvericiliyə əsasən qızıl alındıqdan sonra qaytarılmayan mallar siyahısındadır. Lakin, bəzən bu şəxslərin hüququnu poza biləcəyinə görə bu qərar hökümət tərəfindən yumuşaldılmışdır.
Alıcılar və zərgərlər bildirirlər ki, qızılı alarkən biz mütləq satıcıdan malın sertifikatını, haradan alınması barədə məlumatı, qiyməti haqqında sənədi tələb etməliyik. Həmçinin qızılın üzərindəko əyara da diqqət yetirilməlidir. Araşdırmalar qeyd edib ki, bazardaki qızılların otuz faizi saxtadır. Lakin alıcılar bu malları sənədsiz aldıqlarına görə bəzən şikayətlərinə cavab ala bilmirlər. Əgər siz də bu vəziyyətə düşmək istəmirsinizsə qızıl alarkən mütləq sənəd tələb edin!
Bundan əlavə ekseprtlər tərəfindən alınması məsləhət görülən bir digər qızıl zərgərlik əşyası isə dövlət tərəfindən damgası olan (damğalanan) məhsuldur. Bu məhsullar satışı icazəli olan və tərkibi təmiz olan mallar hesab olunur.
Ölkəmizdə qanunvericiliyə əsasən qızıl alındıqdan sonra qaytarılmayan mallar siyahısındadır. Lakin, bəzən bu şəxslərin hüququnu poza biləcəyinə görə bu qərar hökümət tərəfindən yumuşaldılmışdır.
Alıcılar və zərgərlər bildirirlər ki, qızılı alarkən biz mütləq satıcıdan malın sertifikatını, haradan alınması barədə məlumatı, qiyməti haqqında sənədi tələb etməliyik. Həmçinin qızılın üzərindəko əyara da diqqət yetirilməlidir. Araşdırmalar qeyd edib ki, bazardaki qızılların otuz faizi saxtadır. Lakin alıcılar bu malları sənədsiz aldıqlarına görə bəzən şikayətlərinə cavab ala bilmirlər. Əgər siz də bu vəziyyətə düşmək istəmirsinizsə qızıl alarkən mütləq sənəd tələb edin!
Bundan əlavə ekseprtlər tərəfindən alınması məsləhət görülən bir digər qızıl zərgərlik əşyası isə dövlət tərəfindən damgası olan (damğalanan) məhsuldur. Bu məhsullar satışı icazəli olan və tərkibi təmiz olan mallar hesab olunur.

Bir başqa diqqət etməli olduğumuz nüans isə qızıl sifarişi verərkən diqqətli olmağımızdır. Bildiyiniz kimi qızıl sifarişi və hazırlanması da ölkəmizdə geniş yayılmış prossesdir. Belə olduğu halda təəssüf ki, saxtakarlıq halları da artır. Qızıl sifariş verərkən zərgər haqqında məlumat toplamaq önəmlidir. Belə olmadığı halda o sizin sifarişinizə başqa maddələr əlavə edə bilər, verdiginiz qızılın qramını kəsə bilər və qaşları daha ucuz olanlarla əvəz edə bilər. Qızıl alarkən onun əyarına baxmalıyıq demişdik. Bəs bu zaman nələrə diqqət yetirməliyik gəlin baxaq:
Vurulan əyar təbii bir şəkildə diqqətlə gözdən keçirilməlidir. Əyarın ümumiyyətlə olmaması və ya səliqəsiz vurulması malın saxta olduğuna işarə edir. Qızıl saxta olduğu zaman əyar əyri yazıla bilər, əyar özü əyri vurula və ya yayılmış ola bilər. Əyar qızılın bütün hissələrinə, detallarına mütləq şəkildə vurulmalıdır. Əks halda aldığınız zinət əşyasının bir hissəsi qızıldan, digərləri isə başqa metallardan hazırlanmış ola bilər.
Qızıl zinət əşyası alarkən onun iç tərəflərinə də diqqətlə baxılmalıdır. Əgər iç tərəfi səliqəli işlənibsə bu onun orijinal olma ehtimalını yüksəldir. Qızıl saxta və ya həqiqi olmasını onun yerə düşərkən çıxardığı səsdən də müəyyən etmək olar. Lakin bunu təbii ki, mütəxəssislər edə bilər. Belə ki, adi adamlar üçün bu mümkünsüz ola bilər. Mütəxəssislərin dediyinə görə həqiqi qızıl zinət əşyası yerə düşərkən büllurun taqqıltısına eyni bənzərlikdə cingilti səsi verir.
Bundan başqa biz qızılın səthini cızaraq da onun həqiiqliyini və ya saxtalığını yoxlaya bilərik. Qızıl əgər saxtadırsa bu zaman cızıldıqdan sonra altında başqa metalın izi görünür. Həmçinin qızılın orijinal olub olmadığını biz kimyəvi üsulları tətbiq edərək də öyrənə bilərik. Bunun üçün qızılın üzərinə yod damcıladırıq. Əgər yoddan sonra qalan ləkə tündürsə deməli qızıl təmizdir. Lakin rəngi süd rənginə çalırsa – həyəcan siqnalı! – bu sizin qızılınızın saxta olduğuna işarə edir. Bundan sonra isə qızılın üzərindəki ləkəni parça ilə sildikdə asanlıqla keçib gedir.
Qızılı yoxlamaq üçün sirkə də əla vasitə hesab olunur. Hesab olunur ki, sirkəyə salınan qızıl zinət əşyası tündləşməməlidir. Əgər tündləşirsə bu o deməkdir ki, o həqiqi qızıl deyil.
Bəs qızılın hansı növləri var bilirsiniz mi?
Əgər cavab olaraq “yox” deyirsinizsə o zaman yazını oxumağa davam edin:

Bundan başqa biz qızılın səthini cızaraq da onun həqiiqliyini və ya saxtalığını yoxlaya bilərik. Qızıl əgər saxtadırsa bu zaman cızıldıqdan sonra altında başqa metalın izi görünür. Həmçinin qızılın orijinal olub olmadığını biz kimyəvi üsulları tətbiq edərək də öyrənə bilərik. Bunun üçün qızılın üzərinə yod damcıladırıq. Əgər yoddan sonra qalan ləkə tündürsə deməli qızıl təmizdir. Lakin rəngi süd rənginə çalırsa – həyəcan siqnalı! – bu sizin qızılınızın saxta olduğuna işarə edir. Bundan sonra isə qızılın üzərindəki ləkəni parça ilə sildikdə asanlıqla keçib gedir.
Qızılı yoxlamaq üçün sirkə də əla vasitə hesab olunur. Hesab olunur ki, sirkəyə salınan qızıl zinət əşyası tündləşməməlidir. Əgər tündləşirsə bu o deməkdir ki, o həqiqi qızıl deyil.
Bəs qızılın hansı növləri var bilirsiniz mi?
Əgər cavab olaraq “yox” deyirsinizsə o zaman yazını oxumağa davam edin:
Qızılın növləri
Sarı qızıl
Sarı qızıl, qızılın ən məşhur növlərindən biri hesab olunur. Ümumiyyətlə qızılın ən bilinən rəngini daşıyır. Bu növün xəlitələri gümüş və mis ilə düzəldilir. Xəlitələrin rəngi düzəldilən qızıla bağlı olaraq dəyişdirilə bilər. Xəlitələrdə istifadə olunan qızıl miqdarı karat olaraq nəzərdə tutulur (əminik ki, karat haqqında hamımızın məlumatı var). Saf qızıl 24 karat – yəni 100% qızıl – hesab olunur və zərgərlikdə istifadə edilə bilməyəcək qədər yumuşaq hesab olunur.
Ən çox bilinən qızıl xəlitələri isə aşağıdakılardır:
18 karat (75 faiz qızıl və 25 faiz digər metallar) – bu karatda olanlar daha çox incə zərgərlikdə istifadə olunur və təbii ki, göz oxşayır.
14 karat (58,3 faiz qızıl) – müqavimətin ən çox əhəmiyyətli olduğu ləl-cəvahiratlarda seçilir. Bu zaman işləyərkən çox da çətinlik meydana gəlmir və istənilən məhsul ələ alınır.
Ağ qızıl
Ağ qızıl dövrümüzdə maraqlı bir şəkildə sarı qızılı geridə qoyaraq onun üstünlüyünü ələ keçirir. Günümüzün “müasir qızıl”ı hesab olunan ağ qızıl gənclər tərəfindən ən çox seçilən qızıl növüdür. Bəs orta yaşlı nəsil seçmir? Təbii ki, seçirlər!
İstər görünüşü istərsə də gözəlliyi cəhətdən ağ qızıl hər birimizin alış-veriş siyasında əminik ki, var.
14 karatlıq ağ qızıllar qiymət etiketləninin əksinə görünüş olaraq platinə bənzədikləri üçün ən çox sevilən və alınan qızıl növüdür.
Ağ qızıl sarı qızıl ilə eyni xüsusiyyətə malik olsa da sarı qızıldan fərqli olaraq xəlitəsində sink, nikel, gümüş və palladiyum kimi ağ rəng verə bilən metallarla qarışdırılaraq əldə edilə bilər. Ağ qızıl son dərəcə parlaq, əks etdirici və rəngi solmaz qızıl hesab olunur. 18 karatlıq ağ qızılda 75 faiz nisbətində qızıl olduğundan və 14 karatlıq ağ qızılda isə 58.3 faiz nisbətində qızıl olduğuna görə bu iki metaldan əldə edilən zinət əşyalarının rəngi sarı rəngə çala bilər. Ağ qızıllar lazım olduğu halda sade bir üsulla yenidən örtülərək əvvəlki ağ rənginə və parlaqlığına qovuşa bilərlər. Ağ qızıl həmçinin D1 sinifindən olan son dərəcə ağ almazların parlaqlığını və işıltısını möhtəşəm bir şəkildə artırdığı üçün bu almazlar üçün mükəmməl çərçivə vəsaiti hesab olunur. Əlverişli və etibarlı zərgərlik məhsullarından biri də “iki tonlu” zinət əşyaları hesab olunur. Bu formada olan zinət əşyalarında ağ və sarı qızıllar birlikdə istifadə olunurlar. Bu dizayn özünəməxsus təsir və diqqət yaratdığına görə üzük çərçivələrində və qızıl qolbaqlarda geniş şəkildə istifadə olunur.
Yaşıl qızıl
Yaşıl qızıl geniş yayılmayan ancaq yenə də mövcudluğu ilə seçilən qızıl növüdür. Qızılın tərkibinə mis və daha çox gümüş qarışdırılaraq əldə edilir. Nadir tonda və gözəllikdə görülən bu qızılı müasir dizaynerlər istəyə bağlı olaraq xüsusi kolleksiyonlar və şəxslər üçün sifarişlə hazırlayırlar. Yaşıl qızıl üzük parlaqlığını tez itirdiyi və solduğu üçün çox da seçilən zinət əşyası deyil. Kim solğun əşya istər ki?
Qırmızı qızıl
Qızılın içərisinə bolca mis qatılaraq əldə edilir. Bu səbəbdən də qırmızı və yumuşaq çəhrayı rəngdə gözlərimizi oxşayır. 75 faiz nisbətində mis və 25 faiz nisbətində gümüş qatışdırılaraq bu məhsul əldə edilir. Bu qızıl növünə “Rose gold” da deyilir.
Əminik ki, bu hissədən sonra qızıl alarkən rənglərinə daha başqa yanaşacaq və müqayisə edəcəksiniz.

Qızılın saxlanılması və qızıl qiymətləri
Bildiyimiz kimi qızıl bizim “gələcək” rezervimiz hesab olunur. Pis günün dostu, dar ayaqda imdada bəzən insandan belə tez yetişə bilir. Bunun üçün də onun saxlanılmasına xüsusilə diqqət yetirmək lazımdır.
Azərbaycan Respublikasının qanunvericiliyində qızılın saxlanılması ilə bağlı qanun uzun zaman öncə öz əksini tapmışdır. Məhz bunun köməyi ilə biz lazımi yerlərdə qızılımızı saxlaya və qoruya bilərik.
Bundan əlavə olaraq dədə baba qaydası ilə sandığın içərisində, yorğanın və döşəyin altında da qızıl saxlanılması mümkündür bəli. Ancaq nə qədər təhlükəsizdir? – buna siz qərar verin.
İndi isə keçək hərkəsə maraqlı olan mövzulardan birinə – yəni, qızılın qiyməti mövzusuna. Qızılın qiymətində artımın olması hamımızın bildiyi məlumatdır. Lakin ilimizə görə nə qədər artdığını bilirsiniz?
Verilən məlumata görə qızılın 1 qramının qiyməti artıq 89.2 manata bərabər olub. Son aylarda qızılın qramının qiyməti 3,8 faiz ya da manatla təsvir etsək 3.3 azn bahalaşıb. Onu da qeyd edirlər ki, keçən illərdə qızılın bir qramının qiyməti 73.6 manat olub. Rəqəmlərdən də gördüyünüz kimi qızılın qiyməti son illərdə 21 faiz bahalaşıb. Ümimiyyətlə son on ildə qızılın qiymətində üç dəfədən çox artım müşahidə olunub. Müqayisə edə bilməyiniz üçün sizə bir miqdar deyək – on il öncə qızılın qramının qiyməti 29 manat olmuşdur.
Qeyd etmək lazımdır ki, bu göstərilən rəqəmlər Mərkəzi Bank tərəfindən təyin edilmişdir. Zərgərlik dükanlarında, “Sum”da hazırlanan zinət əşyalarının qiyməti daha yüksəkdir. Başqa metallar ilə qarışığı olmayan, saf və təmiz qızıldan hazırlanan zinət əşyalarının bir qramı isə əyarından asılı olaraq 120-140 azn aralığında təklif olunur. Qızılın qiyməti həmçinin dünya bazarında da sürətlə bahalaşır. Hazırda birjalarda qeyd olunan məlumata görə otuz bir qram qızılın qiyməti min altı yüz otuz üç dollara çatıb. Lakin bundan bir neçə ay öncə qiymət min beş yüz altmış dollar olaraq göstərilmişdir.
Qizil uzukler, qizil sepler, qizil qolbaqlar, qizil sirgalar, qizil destleri – bunların hamısını müxtəlif yerlərdə müxtəlif qiymətlərdə tapmaq mümkündür.
Unimall, Lalafo, Tap.az və bu kimi digər saytlarda siz ikinci əl və ya yeni qızıl dəstlərini müxtəlif qiymətlərə tapa bilərsiniz.
Yenisini almaq istəyənlər, əlim yandıda olanlar, təcili pula ehtiyacı olanlar – hərkəs tərəfindən paylaşılan bu elanlarda qızılın şok və absurd qiymətlərini görə bilərsiniz.
Misal üçün sizə bir neçə elanı və qiyməti deyək:
Tək qaş sırqa və üzük dəsti – qiyməti: 370 azn Boyunbağı, sırğa və üzük dəsti – qiyməti: 690 azn Sırğa və üzük dəsti – qiyməti: 1600 azn
Məşhur Tiffany brendi – qiymət: 1495 azn
Qizil sirga – qiymeti: 320 azn
Nazik ve qalin boyunbagilar – qiymeti: 3000 azn
Bəli, gördüyünüz kimi bu qiymət siyahısını istədiyimiz qədər uzada bilərik. Lakin diqqət edin, qızıl alarkən sizi aldatmasınlar!
Qızıl alarkən qiyməti kifayət qədər baha lakin qizil satisi zamanı lazımi miqdarı əldə etməmizə mane olan səbəblərdən biri böyük qaşlı zinət əşyalarıdır. Alınan zaman pullar tökdüyümüz bu gözəl qaşlı əşyalar satılan zaman təəssüf ki, öz dəyərini dəfələrlə itirir. Buna görə çalışmaq lazımdır ki, qizil alisi zamanı kiçik qaşlı və ya tamamən qaşsız zinət əşyaları alınsın.
Kapitalizm dövründə yaşadığımızı göz önünə gətirsək bilərik ki artıq kreditlə ala bilməyəcəyimiz birşey yoxdur. Buna həmçinin kreditle qizil alisi və kreditle qizil satisi da daxildir. Bu proses bəzilərinə gülünc görünsə də dövrümüzdə bir çox yeni evlənəcək olan insanların imdadına yetişir.
İmkanı olmadığına görə bəzi insanlar tərəfindən sərfəli şərtlər altında qızılın kreditlə satışı və alışı həyata keçirilir. Heç bir sənəd tələb etmədən bəzi insanlar tərəfindən bu proses həyata keçirilsə də bu bəzən təhlükəli ola bilər.
Qızılın qiyməti nəyə görə dəyişir?
Qiymətə təsir edən əsas amillərdən biri onun karatıdır. Karat çox olduqca kreditə ödənilən məbləğ normal olaraq artır.
Kreditle qizil satisi zamanı siz müəyyən sənədləri tələb edərək öz qızılınızı rahat bir şəkildə sata bilərsiniz. Həmçinin kreditle qizil alisi zamanı da araşdırma edərək sizə ən uyğun mağazanı və şərtləri tapa minimum 4-5 ay müddətindən başlayaraq kreditlə qızılı ala bilərsiniz.
Məşhur qızıl brendləri, müasir dəbə uyğun qızıl növləri
Aksesuar, xüsusilə qadınlar üçün böyük önəmə sahibdir və gündəlik həyatın ayrılmaz parçası halına gəlmişdir. Qizil qolbaq, qizil sep, qizil uzuk, qizil saat, qizil aksesurlar geyimlərimizə möhtəşəm işıltı verir və bizi qüsursuz gözəlliyə bürüyür. Bu gözəl aksesuarlara platin, gümüş kimi nadir metallar və almaz, yaqut kimi dəyərli daşlar əlavə etdiyimizdə dəyərləri olduqca artır.
İndi isə sizlərə aşağıdan yuxarıya doğru – yəni qismən ucuzdan ən bahalıya doğru dünyanın məşhur brendlərini təqdim edəcəyik. Əlinizə kofeni alın və arxaya yaslanın!
10 – Chopard
Lyuks İsveçrə saat yaradıcısı və zərgər Chopard öz kolleksiyaları üçün hər zaman ən yaxşı məhsulları istifadə edir. Kolleksiyasında daha çox gündəlik parçalara, həqiqi daşlara və qalın örtülü 18 karat qızıla rast gələ bilərik. Aksesuarlar hər nə qədər balaca olsa belə xüsusi həssaslıq və ustalıqla hazırlanır. Misal üçün sırğalar, özünə məxsus xüsusi işçiliklə hazırlanır. Hər bir parçasına əlavə olunan Chopard imzası isə aksesuara xüsusi görüntü qatır
9 – Mikimoto
Kokichi Mikimoto, Yaponiyada 1893’cü ildə aksesuar işinə başlayır. Kokichi Mikimoto, kolleksiyalarında tez-tez görünən mədəniyyət mirvarilərinin ixtiraçısı olaraq bilinir. Mikimoto aksesuar şirkəti, Qərb Dənizi mirvarisi, çəhrayı qabıqlı mirvari, Titian mirvarisi və ağ mirvari kimi sadəcə ən yaxşı okean mirvarilərini aksesuarlarında istifadə edir. Əlavə olaraq marka, bütün təbii rəngli daşları və mirvariləri düzmək üçün incə ipli ipək iplərdən istifadə edir. Mikimota seriyasında hər parça əvəzolunmazdır. Mikimoto, sadə “şıklık” ilə bənzərsiz bir dizayn ya da yeni düzənləmələrlə klassik bir şəkil ortaya çıxardır. Tipik bir Mikimoto aksesuarı, bir və ya iki daş istifadə edilərək hazırlanır. Marka üçün saflığı, təmizliyi təmsil edən mirvari, son dərəcə önəmli rol oynayır. Mikimotonun gündüz və axşam taxıla bilən versiyaları var.
8 – Bvlgari
1884-cü ildə yaradılandan bu yana Bvlgari, gözəl aksesuar dünyasında lider olaraq tanınır. Muasir dizaynları ilə ənənəvi üslubları qarışdıran ətraflı hissələri ilə önə çıxan marka, Romada yardılıb. Parlaq rəngli çiçək və meyvəli motivlər, qalın şəkillər, böyük parçalar, kapson daşlar; Bvlgari markasının ən ayırıcı özəlliklərindən bəziləridir. Bvlgari, müştərilərini lyuks və dəbdəbəylə təchiz etmək üçün aksesuarlarında; 18 əyar qızıl üzərinə ən keyfiyyətli daşları istifadə edir.
7 – Piaget
George Piaget, İsveçrənin Jura bölgəsində ən keyfiyyətli saatları istehsal etdiyinə görə Avropada sürətlə populyar yerdə özünü tapmışdır. Piaget, bir müddətə kolleksiyasını genişləndirdi və baxış açısının hələ də mərkəzində olan “köhnə dünya dəbdəbəsi”ni ümumiləşdirən zərif aksesuarları kolleksiyasına daxil elədi. Markanın tərzlərinin çoxu əvvəlki Hollywood’un inkişaf etmiş və fantaziya bağlarını xatırladır. Qızılgül, Piagetin özəl olaraq ən çox tanınan və populyar olan işarələrindən biridir. Əlavə olaraq qızılgül həssas və cəsur yüzlərlə dizaynın ayrılmaz parçası olmuşdur.
6 – Grafft
Graff, yüksək keyfiyyət və xidməti ilə varlılar arasında populyar marka olaraq öz hakimliyini davam etdirir. Grafftı digər seçilən zərgərlik markalarından ayıran özəlliyi Graff setlərində istifadə olunan daşların böyüklüyüdür. Laurence Graff aksesuarlarında böyük qaşlar istifadə etməsinin səbəbini belə açıqlamışdır “bu böyüklükdə olan daşlara tələbat çoxdur və biz hər zaman bu işdə yolumuza davam edəcəyik”.
5 – Tiffany
Tiffany – qadınlar və kişilər, hətta uşaqlar üçün gün boyunca və bir çox fəaliyyətdə taxıla biləcək aksesuarlar təqdim edir. Hamımız bu markanın gözəlliyinə Audrey Hepburn-nün kinosuna baxaraq bələd ola bilərik.
Keyfiyyət tam olaraq Tiffany-nin ayrılmaz bir parçasıdır. Məşhur marka aksesuarlarında qızıl, gümüş və qüsursuz daşlar olmaqla sadəcə ən keyfiyyətli məhsulları istifadə edir.
Tiffany-nin aksesuarlarında istifadə etdiyi modernlik, markanın ayrılmaz bir parçası olmasına baxmayaraq 1837-ci ildəki yaradılışından bu yana klassik modelləri daha çox satış əldə edir. Əlavə olaraq Tiffany-nin çox ölçülü təbii həyat dizaynları da mövcuddur.
4 – Buccellati
Buccelatti qüsursuz keyfiyyətə sahib olan italyan qızılı ilə tanınır. Buccelatti, krujeva həkk olunmuş manşet və qolbaqları ilə təsvir olunan Roma tərzini özündə əks etdirir. Əlavə olaraq marka fırçalama və mat metal effekti ilə aksesuara parça görünümü verir. Bundan başqa Buccelatti toxuma və işığı inkişaf etdirmək üçün adətən gümüşü və qızılı qarışdırır.
3 – Van Cleef & Arpels
Van Cleef & Arpels, Estelle Arpels ve Alfred Van Cleef əməkdaşlığı ilə yaradılıb. Başlanğıcda Fransa mərkəzli olan ofis, hal-hazırda bir dünya nəhənginə çevrilib. Van Cleef and Arpels, təbiətin sadəliyindən ilhamlanaraq aksesuar modellərini dizayn edir.
Aksesuarlarda metaforik ünsürlər və quş, həşərat kimi müxtəlif heyvan motivləri var. Marka, təbiətin canlılığını aksesuarlarında mükəmməl şəkildə təsvir edir və bizi özünə heyran edir.
2 – Cartier
Cartier uzun bir keçmişə malikdir. Marka 1860-cı ildə ilk aksesuarlarını hazırlamağa başladığından bu yana keyfiyyəti və stili ilə seçilən müştərilərinij diqqətini öz üzərinə çəkməyi bacarıb. Cartier kral ailələrinin özəl parçalarını öz aksesuar kolleksiyasına əlavə etmək üçün işlər görmüşdür. Windsor duşesinin, Cartier-in möhtəşəm heykəl motivlərinə heyran qaldığı bir neçə parçanı sifariş etdiyi bilinir. Aksesuarların ən populyarı isə zamanında 7 milyon dollardan daha baha qiymətə satılan 18 sm almaz, əqiq və zümrüddən hazırlanan qolbaqdır.
1 – Harry Winston
Klassik amma dəbdəbəli almaz aksesuarları ilə məşhur olan Harry Winston, kariyerasının başlanğıcından bu yana sənayenin zirvəsində yerini tutub. 1932-ci ildə yaradılan Winston, mücəvhərlərində sadəcə ən keyfiyyətli və nadir daşları istifadə edir. Hər parçanın dözümlülüyünə qarantiya verilir və hər bir mücəvhər ustalıqla hazırlanır. Müştərilərinin arasında dünyanın bir çox varlı iş adamı öz yerini alır.
Bundan başqa isə bir çoxumuzun tanıdığı və sevərək istifadə elədiyi Pandora markası var. 1982-ci ildə Danimarkada yaradılan bu marka illər içərisində dünyanın ən çox tanınan markalarından biri olur. Qadınların xoşbəxtliyini əsas götürərək böyüyən bu marka uyğun qiymətə ən gözəl qolbaqları və digər aksesuarları bizə təqdim edir.
Əminik ki, ən azından 1 dənə belə olsa hər kəs pandora qolbaq almışdır. Elə isə xeyirli günlərdə istifadə edin!
Qızıl ilə bağlı ənənələr, toy və nişana uyğun qızıllar
Siz bir toyu qır-qızılsız təsəvür edə bilirsiniz?
Biz şəxsən edə bilmirik. O ki toyda kimin nə taxdığına baxmadıq, nişanda gəlinə taxılan üzüklə bağlı söhbət etmədik, kim nə gətirdi diqqət etmədik – o zaman nə dadı qalar, elə deyil mi?
Bu hissədə sizə qızılla bağlı ənənələrimizdən və toya, nişana uyğun bəzəklərdən danışacayıq.
Öncəki yazılarımızda da bilindiyi kimi Azərbaycan xalqının tarixi keçmişi, mədəniyyəti və zəngin irsi vardır. Toy və onunla bağlı adət ənənələr əsrlər boyu nəsildən nəsilə ötürülmüş və günümüzə çatmışdır. Qızıl da bu adətlərin içərisində öz yerini tutur.
Qız istəmədən sonra Nişan zamanı zinət əşyaları – qizil uzuk, qizil sirga, qizil qolbaq xonçalarda qız evinə aparılır.
Qədim zamanlardan üzük əbədi sevginin rəmzi hesab olunub. Buna görə də nişan üzüyü çox vaxt özəlliklə seçilir. Bəs hansı formada üzüklər uyğundur?
Dövrümüzdə evlilik təklifi zamanı təqdim olunan üzüklər böyük və dəbdəbəli formada olur. Bəzi qızlara görə üzüyün böyüklüyü, qaşların həcmi önəm kəsb edir. Buna görə də biz bu zaman ağ qızıla, brilliant qaşlı üzüklərə (xüsusən də tək qaş) üz tuta bilərik.
Lakin nişan mərasimində taxılan qızıl üzüyün sadəliyinə və minimalistliyinə xüsusilə diqqət yetirməliyik. Nəzərə alınmalıdır ki, bu üzük illərlə barmağımızda qalacaq və biz bunu çıxarmayacayıq. Buna görə sarı qızıldan və ağ qızıldan hazırlanan sadə üzüklər ən ideal seçim hesab olunur.
Nişan üzüyü alınan zaman mütləq şəkildə bu yeni hazırlanmış (birinci əl) üzük olmalıdır. Çünki işlənmiş üzüyün nişan üzüyü olması böyük qüsurdur.
Əlavə olacaq gəlinə bayram hədiyyəsi, xonça gətirərkən alınan zinət əşyalarına da xüsusi diqqət yetirmək lazımdır. Əgər xanımın boynu incə və zərifdirsə bu zaman qalın və böyük qizil boyunbagi onda gözəl görsənməyəcək. Bunun yerinə nazik boyunbagi seçilə bilər. Bu qızın gözəlliyini daha da ortaya çıxardacaq.
Ümumiyyətlə addımlarla sizə bir neçə məslət verməyi özümüzə borc bilirik:
Qız istəmə (həri)
Bu zaman sadə bilərzik və sırğa taxmağa üstünlük verin. Çox zaman hədiyyərin çoxu üzük və boyunbağı olur. Buna görə də bu hissələri boş saxlayaraq siz görüntünüzün absurd olmamasına şərait yarada bilərsiniz.
Nişan Üzüyü
Bu zaman yumuşaq parıltılı saatlardan və boyunbağılardan istifadə etmək olar. Ən çox üstünlük təşkil edən zinət əşyası isə sırğalar hesab olunur. Gözəl bir topuz və tamamlanmış makyaj ilə qizil sirga sizə fərqli hava qata bilər.
Toy üzüyü Qızıl
Bu zaman geyinəcəyiniz gəlinliyə (və ya paltara) mütləq şəkildə diqqət yetirməliyik. Əgər çox qaşlı və boynu qapalı gəlinlik geyinəcəksinizsə bu zaman boyunbağı istifadə olunması və ya çox iri qaşlı sallannan sırğa istifadəsi məsləhət görülmür. Sadəlikdən çıxmaqdan əlavə yorucu bir görüntü yaradaraq toyunuzda sönük qalmağı əminik ki, heç biriniz istəməzsiniz. Bunun yerinə balaca qaş formalı, qısa sırğalardan istifadə etmək ideal seçim olacaqdır. Diqqət yetirmək lazımdır ki, gəlinliyin keçidləri hansı tonlara uyğundur. Əgər gümüşü tonlar varsa, təbii olaraq bu zaman ağ qızılın istifadə olunması mükəmməl seçim olacaqdır.
Yox əgər sizin gəlinliyinizdə qızılı keçidlər varsa bu zaman sarı qızılın istifadəsi daha uyğun hesab olunacaq.
Gəlinliyiniz açıq yaxalı və şəhzadə modelidirsə bu zaman gözəl bir boyunbağı sizin gecədə işıldamağınıza kömək edəcək. Çox zaman v formalı zərif qaşlı boyunbağılar insanları özünə cəlb edir və xüsusi bir ahəng yaradır. Əlavə olaraq saçların gözəl yığılması və gözə çarpan böyük və qaşlı sırğaların istifadəsi də sizi fərqli auraya bürüyə bilər. Lakin həm boyunbağı həm də sırğanın eyni anda gözə çarpan seçilməsi qəbul edilməz yanlışdır.
Çox zaman qolbaqlar gəlinliyin zərifliyini üzə çıxardan mücəvhər hesab olunur. Sarmaşıq kimi biləyinizi incə şəkildə sara biləcək qolbaqların seçimi toyunuzda parıldamağınıza səbəb olacaqdır. Lakin bu zaman diqqət edək ki, hər iki qola da böyük və gözə çarpan qolbaqlar taxmayaq. Həmçinin qolbaq istifadə olunan zaman böyük qaşlı üzüklərin istifadəsini də minimuma endirməliyik. Unutmayaq ki, biz mücəvhər podiumuna model olaraq çıxmırıq.
Bu yazımızda sizlərə qızıl barəsində dolğun məlumatlar verdik. Biz bilirik ki, yazıdan sonra hər biriniz qızıl seçimində nələrə diqqət yetirməli olduğunuzu biləcəksiniz Unutmayın, qızıl sizi tamamlamır, sizin möhtəşəmliyinizi bütünlüyü ilə üzə çıxardır. Ona görə də özümüzə yaraşanı seçək və öz tərzimizi yaradaq. Əziz oxucular! Bu maraqlı yazımızdan sonra sizə bəzi linkləri təqdim etmək istəyirik. Xoş oxumalar! Toy Müğənniləri Toy və Nişan Toy Hazırlığı Aksesuarlar Bəzəklər Vagzali.com Toy Planı Mahnılar Qiymətlər
Yazılarımızda sizə ətraflı məlumat vermək və sizi informasiya ilə təmin etmək əsas məqsədlərimizdən biridir. Məhz buna görə də bugün sizlərlə əsrlər boyu hərkəsin diqqət mərkəzində olan “Qızıl” barəsində danışacayıq.
Yazımızda hansı suallara cavab tapacaqsınız? Bu dəqiqə sizə yazaq!
Qızılın tarixi
Qızılın önəmi
Qızılı alarkən diqqət yetirməli olduğumuz nüanslar Qızılın növləri
Qızılın qiyməti
Qızılın saxlanması yolları
Toylar və nişanlar üçün uyğun olan qızıl formaları Qızıl ilə bağlı adət-ənənələr
Məşhur qızıl brendləri
Müasir tərzdə olan qızıllar və.s
Elə isə gəlin qızıl haqqında sizlərə qısaca məlumat verək, əminik ki, oxumaq üçün çox həyəcanlısınız!
Qızıl Nədir?
Qızıl yumuşaq və sarı rəngdə olan, təbiətdə sərbəst formada tapılan, havadan sudan təsir görməyən, paslanmaz və qaralmaz elementdir. Sırf bu avantajlarına görə tarix boyunca ən qiymətli metal hesab olunmuşdur.
Bilinən yazılı məlumatlara görə qızıl eramızdan əvvəl 3200-cü illərdə Misirdə pul kimi istifadə olunmuşdur. Eramızdan əvvəl 2000-ci ildə isə Peruda qızıl zinət əşyalarının qalıntılarına rastlanıb. Məhz bundan sonra bilinib ki, Amerika qitəsində yaşayan Azketlər və İnkaların da qızıla xüsusi məhəbbəti və bağımlılığı olub.
Eramızdan əvvəl 550-ci ildə isə qızıl rəsmi şəkildə pul vahidi olaraq qəbul edilmiş və əridilərək Lidiya kralı Krezos tərəfindən pul vahidinə çevrilmişdir.
Türk xalqları da əvvəlki dönəmlərdə qızıldan kifayət qədər istifadə etmişlər. Bunlar istər zinət əşyası kimi istərsə də ticarət cəhətdən qənaətbəxş hesab olunmuşdur. Lakin İslam dini qəbul olunduqdan sonra qızılın istifadəsi əvvələ nisbətən azalmışdır. Bunun səbəbi isə hərisliyi, acgözlüyü yaymamaq olmuşdur.
Qızıl Harada tapılır
Dünya üzərində bir çox yerdə qızılın saf şəkildə əldə edilməsi mümkündür. Buna misal olaraq qardaş Türkiyənin şəhərlərindən Mersini, Niğdeni, Antakyanı, Balıkesiri, Kütahyanı, Bursanı, İzmiri deyə bilərik. Bəs doğma vətənimiz Azərbaycanda harda çıxardılır? Təbii ki, ən çox mövcud olduğu yer cənnət guşəsi olan Kəlbəcərdir.
Qızıl dünyada bir çox sahədə işlənə bilir. Bir çoxumuza zinət əşyası olmaqdan daha önəmli bir funksiyası olmadığı kimi görünsə də qızıl millətlərarası ödəmə üsulu olaraq öz aktuallığını hələ də qoruyur. Məhz buna görə də yer üzərində çıxarılan qızılın yarıdan çoxu dünya banklarının rezervindədir. Necə də gözəl qorunur, elə deyil mi?
Bundan əlavə olaraq qızıl elektrik sənayesində elektrik terminallarının, transiztorların, sistemlərin üzərinin qapadılmasında və qorunmasında önəmli rol oynayır.
Bu qədər qızılın işlənmə sahəsindən danışdıq indi isə keçək qızılın önəmi mövzusuna.
Qızılın önəmi və qızıl qiyməti
Bilirsiniz mi? Beş min il öncə İsgəndəriyyə şəhərində yaşayan loğmanlar tərəfindən insan bədənində olan xəstəliklərə qarşı savaşmaq üçün və gənc qalmaları üçün bir maye istifadə olunurdu. Bu maye isə qızıl suyu idi.
Həqiqətən də qızıl, zinət əşyaları kolleksiyamız üçün edilən dəyərli qatqı deyil, həmçinin də sağlamlığımız üçün əvəzedilməz mücəvhərdir.
Gəlin baxaq nələrə xeyri var bu qızılın: A – Qan dövranını yaxşılaşdırır:
Qızıl, bədənimizdəki qan dövranını yaxşılaşdıran və bununla da bədənimizin hər hissəsinin bol miqdarda oksigen almasını təşkil edən “ürək dostu”dur. Buna görə də keçmişdə hamilələrə – həm uşaqda həm də anada qan və digər bədən mayelərinin dövranını yaxşılaşdırmaq üçün qarınlarına qızıl zinət və ya bəzək əşyası taxmaları məsləhət görülürdü.
B – Yaranı yaxşılaşdırır və infeksiyanın yayılmamasının qarşısını alır:
İnfeksiya keçmiş və ya ağrı olan nahiyəyə saf qızıl qoysanız yara sağalmağa doğru gedəcək və infeksiya yayılmayacaq. Bu bir çox dərmandan və ağrı kəsicidən daha faydalı və effektli hesab olunur. Buna qısa olaraq “xalq təbabəti” də deyə bilərik.
C – Dəri qulluğu müalicəsində istifadə olunur:
Keçmiş Misir kraliçası Kleopatranın belə hər gecə qızıl bir maska ilə yatdığını bilirdiniz? Qızıl dəriyə isti və sakitləşdirici titrəyişlər verərək dərinin hüceyrələrinin yenilənməsinə kömək edir.
Qızıl bir çox dəri qulluq və kosmetik vasitələrin istehsalında geniş şəkildə istifadə olunur. Bundan əlavə seboreya, göbələk infeksiyaları, dəri quruması, dəri yaraları, dəri yanıqları, dəri pullanması kimi bir çox xəstəliyin də çarəsi olaraq qızıla üz tuta bilərik.
D – Bədən temperaturunun balanslaşdırılmasında istifadə olunur:
İçərisində qızıl olan geyimlər geyinmək, bədən temperaturunuzu qorumağa kömək edə bilər – əlavə olaraq üşümə, istilik basması və gecə tərləmələri anında da bədən temperaturunun balansını tənzimləyər və normala dönməsinə kömək edər
E – Artrit (revmatizma) xəstəliyinin həllinə kömək edir:
İkinci dünya müharibəsindən sonra romatoid artriti xəstəliyini müalicə etmək üçün qızıl təşkil edən qolbaqların istifadə olunduğunu bilirdiniz mi? Orta əsrlərdə belə Vatikanda bir iclasa ev sahibliyi edən insan, qonaqlara revmatizmadan əziyyət çəkməmək üçün və var-dövləti göstərmək üçün yeməklərdən sonra qızıl örtülü badam təqdim edərdi. Revmatizmanız varsa qızıl, qan dövranını yaxşılaşdıraraq bədən üzvlərinizin ağrısını azaltmağa kömək edə bilər.
F – Bağımlılığı müalicə edir:
19-cu əsrdə qızıl, alkoqolizmin müalicəsi üçün istifadə olunmağa başladı. Günümüzdə isə qızıl, nikotin, narkotik və kafein bağımlılığını müalicə etmək üçün dərmanlarda istifadə olunur.
G – Xərçəng xəstəliyinin böyüməsinin qarşısını alır:
Qızıl, bədəndə xərçəng hüceyrələrinin böyüməsinin qarşısını almaqda çox böyük kömək edə bilər. Bu səbəblə prostat və yumurtalıq xərçəngi kimi fərqli xərçəng xəstəliyi növlərinin müalicəsində alternativ bir dərman olaraq istifadə olunur. Amerika mərkəzli bir biofarma şirkəti olan Cytlmmune, birbaşa qızıl nanopartikullar istifadə edərək anti-xərçəng dərmanlarının təsirini arttıran bir yol inkişaf etdirdi. Nanospectra adında başqa bir şirkət, xərçəng hüceyrələrini istiliklə yox eləyən qızıl örtüklü “nano qabıqlar” yaratdı.
H – Sağlamlıq texnologiyasının inkişafında istifadə olunur:
Qızıl nano partikulların hər il beynəlmiləl olaraq istifadə olunan milyonlarca “tez xəstəlik təyin etmə testində” önəmli bir rol oynadığını bilirsiniz mi? Qızıl nano partikulları olan bu testlər, bir insanın hər hansı bir şeydən təsirlənib təsirlənmədiyini təyin etməkdə kömək edir. Amma həqiqətən möhtəşəm olan məsələ isə qızılın HIV/AIDS kimi xəstəliklərin erkən diaqnozunda əvəzsiz rol oynamasıdır.
Qızıl sadəcə maliyə gələcəyimizi sığortalamaz həmçinin şəxsi rahatlığımızı tənzim etməkdə də kömək edə bilər.